Bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldılar
20:15 / 27.03.2021
1177
Gəncə şəhərinin Nizami rayonunda 3 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Çağırış ünvanına cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib.