Bağlanmış bankların əmanətçilərinə nə qədər kompensasiya ödənilib?
20:07 / 23.03.2021
2261
Bağlanmış AtaBank, Amrahbank, NBC Bank və AGBank-ın əmanətçilərinə sığortalanmış əmanətlərə görə təqribən 628,37 milyon manat təzminat ödənilib.
Əmanətlərin Sığortalanması Fondundan Trend-ə verilən məlumata görə, AtaBank-ın 9,79 min əmanətçisi 243,8 milyon manat, Amrahbank-ın 5,8 min əmanətçisi 140 milyon manatdan çox, AGBank-ın 4,7 min əmanətçisi təxminən 113,2 milyon manat, NBC Bank-ın 4,22 min əmanətçisi isə 131,295 milyon manatdan çox təzminat alıb.