Bağlanmış 4 bank əmanətçilərinin - Nəzərinə

Bağlanmış 4 bank əmanətçilərinin - Nəzərinə
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) effektiv fəaliyyəti və uğurlu idarəetmə prinsipləri nəticəsində bağlanmış son 4 bank üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi yekunlaşmaq üzrədir.

ADIF-dən Sfera.az-a bildirilib ki, tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşdırılacaq. Qorunan əmanətlər üzrə iyunun 16-dan agent bank kimi seçilmiş ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın cəmi 8432 əmanətçisinə "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 201 milyon manatdan çox (ümumi kompensasiya öhdəliyinin 74,4 faizi), iyunun 1-dən bu günədək isə agent bank olan "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın 15 min 212 əmanətçisinə 358 milyon manatdan çox (ümumi kompensasiya öhdəliyinin 88,5 faizi) kompensasiya ödənişi həyata keçirilib. Mart ayından ölkəmizdə pandemiyanın və hətta sərt karantin rejiminin hökm sürdüyü bir zamanda ADIF və kompensasiyaların ödənilməsi prosesində iştirak edən agent bankların iş prinsiplərini nəzərə alsaq, fondun yarandığı tarixdən və fəaliyyətdə olduğu müddət ərzində ilk dəfə qısa müddət ərzində ümumilikdə əmanətçilərin toplam 560 milyon manat kompensasiyalarının ödənişinin tam təmin olunması həyata keçirilib.
 

OXŞAR XƏBƏRLƏR

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...

"Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoyub" - Vüqar Bayramov

“2023-cü ildə Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoya bilib”. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bug...

Şahzadə Harri ABŞ sakini olduğunu TƏSDİQLƏDİ

Britaniya şahzadəsi Harri rəsmi sənədlərdə yaşayış yerini ABŞ olaraq dəyişdirib. Bununla da, onun ABŞ sakini olduğu rəsmi olaraq təsdiqlənib.   Sfera...

Milli Məclisdə Hesablama Palatasının 2023-cü il üzrə hesabatı təqdim edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2023-cü ildəki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarılıb.   Sfera.az x...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.   B...