Bağlanan sığorta şirkətində pulu qalanlara MÜRACİƏT
İqtisadiyyat
09:58 / 17.09.2020
1571
Ləğv prosesində olan ASC "Standard Insurance” sığorta şirkətinin kreditorlarına müraciət edilib.
Sfera.az xəbər verir ki, iflas prosesində olan ASC "Standard Insurance” sığorta şirkətinə qarşı tələbi olan fiziki və hüquqi şəxslər bu elanın dərcindən 60 təqvim günü ərzində tələblərini şirkətin ləğvedicisinə (Ünvan: Bakı şəhəri, Ş Bədəlbəyli küçəsi, 96) yazılı şəkildə təqdim etməlidirlər.