Bağlanan banklardakı sığortasız əmanətlər - PROBLEM NECƏ HƏLL OLUNACAQ?

Bağlanan banklardakı sığortasız əmanətlər - PROBLEM NECƏ HƏLL OLUNACAQ?

Mərkəzi Bank daha iki kommersiya bankının müflis elan edilməsi ilə bağlı məhkəməyə müraciət edib. Məhkəmənin qərarı müsbət olacağı təqdirdə bir ayda müflis olacaq bankların sayı 4-ə yüksələcək.


Sfera.az xatırladır ki, "Banklar haqqında” Qanuna əsasən, bank müflis elan ediləndə bankın aktivlәri onun kreditorları, yəni bankın pul borclu olduğu fiziki və hüquqi şəxslər arasında növbәlik qaydasında bölüşdürülür. Növbəlik prinsipinə görə bankdan öncə fiziki şәxslәrin әmanәtlәrinin sığortalanması Fondunun tәlәblәri yerinə yetirilir. Bu zaman sığortalı və qorunan əmanətlər üzrə ödənişlər həyata keçirilir.

 

Daha sonra iflas prosedurunun hәyata keçirilmәsi ilә bağlı müvәqqәti inzibatçının vә lәğvedicinin çәkdiyi bütün mәsrәflәr vә xәrclәr, o cümlәdәn onların әmәk haqqı, mәhkәmә xәrclәri vә lәğvedicinin bankın lәğvetmә tәdbirlәrinin hәyata keçirilmәsi ilә bağlı qәbul etdiyi öhdәliklәr ödənilir. Onun ardınca iş vaxtı baş verən bәdәn xәsarәti vә ya ölüm halları ilә әlaqәdar bank işçilәrinin tәlәblәri, bankın müflis elan olunmasına dair mәhkәmә qәrarının qәbul edildiyi tarixdәn әvvәlki 6 aydan çox olmayan dövr üçün ödәnilmәli müavinәtlәrin, әmәk haqlarının verilmәsi haqqında bankın işçilәrinin vә keçmiş işçilәrinin tәlәblәri icra olunur.

 

Növbəti mərhələdə bankın aktivlərindən istifadə etməklə müvәqqәti inzibatçının idarәetmә vә maliyyә sağlamlaşdırması prosedurları ilә әlaqәdar bankın öhdәliklәri, bankın müflis elan olunmasına dair qәrarın qәbul edildiyi tarixdәn әvvәlki bir ildәn çox olmayan müddәt üçün büdcәyә mәcburi ödәnişlәr üzrә vergilәr vә mәcburi dövlәt sosial sığortası üzrә ödәnilmәli mәblәğlәr ödənilir. Ən sonda tәminatsız kreditorların tәlәblәri, yəni sığortasız əmanətlər, sahibkarların pulları qaytarılır.


Bütün ödənişlər həyata keçirildikdən sonra qalan aktivlәr bankın sәhmdarlarına onların paylarına mütәnasib surәtdә qanunvericiliyә uyğun qaydada ödәnilir.

 

Əvvəlki dövrlərdə müflis elan olunan bankların aktivlərinin bölüşdürülməsi zamanı bir sıra tələbləri icra etmək mümkün olmamışdı. Tələbləri icra edilməyənlər arasında sığortasız əmanətlərin sahibləri və bəzi kiçik sahibkarlar da var idi. Məsələn, "Bank Standart”ın müflis olması təcrübəsində belə faktlara rast gəlindi. Çünki bankın aktivlərinin əsas hissəsini təşkil edən kreditlərin hamısını geri almaq mümkün olmadığına görə müflis olan bank sığortasız əmanətləri qaytara bilmədi.

 

Bu acı təcrübəni nəzərə alaraq Mərkəzi Bankın qərarı ilə müflis elan olunan bankların aktivlərinin bölüşdürülməsi zamanı sığortasız əmanət sahiblərinin tələbləri ilk icra edilən tələblərdən olacaq. Daha 2 bankın müflis elan edilməsi ilə bağlı bəyanatında bununla bağlı qeyd var.

 

Mərkəzi Bankın açıqlamasında qeyd edilir ki, hökumət və Mərkəzi Bank tərəfindən atılan addımların əsas hədəfi bütövlükdə bank sisteminin sağlamlaşdırılması və əhalinin maraqlarının, xüsusilə onların banklarda olan əmanətlərinin qorunması və itirilməsi təhlükəsinin qarşısının alınması, onlardan sərbəst istifadə etmək imkanlarının yaradılmasıdır. Bəyanarda daha sonra deyilir ki, lisenziyası geri alınan 4 bankda əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manat təşkil etməklə, ümumilikdə 215 min əmanətçini əhatə edir. Bu banklarda ümumi əmanət portfelinin 99%-dən çoxu qorunan əmanətlərdir və onlar tam kompensasiya edilir.


Mərkəzi Bank bəyan edir ki, ləğvedici tərəfindən bankların öhdəliklərinin icrası ilk növbədə əmanətlərin qaytarılmasından başlayacaq. Aktivlərin reallaşdırılmasından və əmlakın satışından daxil olan vəsaitlər sözügedən bankların digər öhdəliklərinin (biznes subyektlərinin, eləcə də əmanətlərin sığortalanması sxemi ilə əhatə edilməmiş fiziki şəxslərin qarşısında olan öhdəliklərinin) qanunvericiliklə müəyyən edilmiş növbəliklə icrasına yönələcəkdir.

Qeyd edək ki, bu yanaşma müsbət haldır və bankda vəsaiti olan sığortasız əmanətçilərin, sahibkarların maddi vəziyyətinin ağırlaşmasının qarşısını alacaq. Mərkəzi Bankın açıqlamasından görünür ki, 4 bankda ümumilikdə 6 milyon manat həcmində sığortasız əmanət var. Bu qədər əmanəti bank aktivləri hesabına qısa müddətdə qaytarmaq çətin olmayacaq.

 

 

 

Vasif


OXŞAR XƏBƏRLƏR