Bağçalı Şuşada tikiləcək məktəbin layihəsini təqdim etdi - VİDEO

Bağçalı Şuşada tikiləcək məktəbin layihəsini təqdim etdi - VİDEO
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Şuşa şəhərində inşasını nəzərdə tutduqları məktəb layihəsindən danışıb.

Sfera.az xəbər verir ki, siyasətçi partiyasının qrup iclasında çıxışı zamanı layihənin Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən razılıqla qarşılandığını açıqlayıb.

Baxçalı Üzeyir Hacıbəyovun adını daşıyacaq məktəbin Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi tərəfindən inşa etdiriləcəyini bildirərək layihənin ilkin variantını nümayiş etdirib və qeyd edib ki, inşa işləri başa çatan kimi təhsil müəssisəsi Azərbaycan Respublikasına təhvil veriləcək.

"16 yanvarda açıqladığım kimi, təlimatımla Şuşada doqquz siniflik bir məktəbin tikilməsi hədəfimiz idi. Təməlinin də yanvarın 30-da qoyula biləcəyini söyləmişdim. Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyevin qarşılıqlı razılığı ilə Şuşada məktəb tikintisi ilə bağlı layihəmiz təsdiq olunub. Bu həssas məsələyə diqqət göstərdiklərinə görə hər iki dövlət başçısına təşəkkür edirəm. Layihənin hər mərhələsi haqqında hörmətli Prezidentlərimizə məlumat veriləcək”, - deyə o vurğulayıb.
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...