Bağ evlərinə tələbat azaldı, qiymətlər endi: 500 manata...

Bağ evlərinə tələbat azaldı, qiymətlər endi: 500 manata...
"Azərbaycanda ötən il karantin dövründə bağ evlərinə tələbat da, qiymətlər də artmışdı. Artıq bu il vəziyyət tamamilə başqa cürdür”.

Bunu Sfera.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. O bildirib ki, bu il rayonlara gediş-gəliş açıqdır və bağ evlərinin qiymətləri pandemiya dövründəki qiymətlərdən aşağı düşüb:

"Karantin dövründə qiymətlər süni şəkildə artmışdı. Yeni tikili binalar kimi bağ evlərinin də böyük bir hissəsi boşdur. Bu qəbildən olan evləri kirayə götürən kimlər idi? Adətən həmin şəxslər gələn tursitlər və Rusiyada, digər xarici ölkələrdə yaşayan adamlar idi. Onlar yayda gələndə 5-10 günlük bağ evi kirayələyirdilər və dincələ bilirdilər. Lakin keçən il də, bu il də sözügedən kateqoriyaya aid adamlar gəlmədi və bu sahə boş qaldı. 

Düzdür, ötən il bağ evlərini sırf şəhər sakinləri doldurdu. Bunun səbəbi də sərt karantin rejimi idi. Amma bu gün Bakı heç kim üçün maraqlı deyil. Yəni paytaxtda istirahət ediləsi yerlər yoxdur desək, yanılmarıq. Məcburən insanlar Azərbaycanın digər bölgələrinə üz tuturlar, gəzirlər, ev kirayələyirlər”.

Müsahibimiz bağ evlərinin minimum, maksimum qiymətlərindən də söz açıb:

"Bununla bağlı konkret qiymət demək mümkün deyil. Bina evlərində əraziyə görə qiymətlər dəyişir, amma bağ evləri tamamilə fərqlidir. Dənizə yaxınlığı, evin böyük-kiçikliyi, təmiri, rahatlığı, hovuzu və s. kimi amillərə görə məbləğ dəyişir. 500 manatdan 8 min manata qədər aylıq kirayəsi olan evlər var.  Ötən il qiymətlər qalxsa da, bu il qiymətlər əvvəlki yerini alıb. Amma tələbat əvvəlki illər qədər deyil”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...