Badamdarda yenidən torpaq sürüşməsi oldu

Badamdarda yenidən torpaq sürüşməsi oldu

Bakının Səbail rayonunda yenidən torpaq sürüşməsi baş verib.

Sfera.az-ın məlumatına görə, hadisə Səbail rayonu, Badamdar şossesinin ətrafındakı yamacda qeydə alınıb.

 

Yamacda baş verən sürüşmə nəticəsində torpaq axını yenidən aktivləşib. Torpaq axını bu gün səhər saatlarında yağışdan sonra başlayıb.

Aidiyyəti qurum əməkdaşları hadisə yerinə yollanıb.

Xatırladaq ki, ərazidə son bir neçə ay ərzində artıq 3-cü dəfədir ki, sürüşmə olur. (trend)


OXŞAR XƏBƏRLƏR