Badamdarda su xətti partladı, həyətləri və marketi su basdı
20:00 / 01.07.2021
2048
Badamdar qəsəbəsində su xətti partlayıb.
Sfera.az-ın məlumatına görə, hadisə Bağlar Döngəsi 1-də qeydə alınıb. İçməli su xəttinin partlaması nəticəsində yolları, iki evin həyətini və marketi su basıb.
"Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllının APA-ya verdiyi məlumata görə, qurumun əməkdaşları qəza olan ərazidədir: "Hazırda təmir gedir”.
(APA)