“Bacardığınız qədər tez peyvənd olunun!\" - Əməkdar artistdən çağırış

“Bacardığınız qədər tez peyvənd olunun!\
"Bacardığınız qədər tez peyvənd olunun. İnternetdə yayılan miflərə, yalan məlumatlara inanmayın”.
 
Sfera.az bildirir ki, bunu Əməkdar artist Mehriban Xanlarova deyib. O qeyd edib ki, peyvənd virusa yoluxduqdan sonra, ağırlaşmanın qarşısını alan ən effektiv üsuldur:

"Dünyada inkişaf etmiş bütün ölkələrdə, əhalinin çox hissəsi peyvənd olunub. Cahil insanların psixologiyasına tabe olmayın. Çip, sonsuzluq, zombi və sair kimi miflər ancaq geridə qalmış cəmiyyətlərdə yayılır. Onsuz da təcili yardım xidməti normal işləmir.

Xalq artisti Zümrüd Məmmədovanın bacısı koronavirusa yoluxmuşdu. Zümrüd xanım açıqlama verdi ki, təcili yardıma dəfələrlə zəng etsələr də, "gəlirik" deyib, gəlməyiblər. İndi təsəvvür edin ki, Xalq artistinin ailəsinə qarşı bu cür məsuliyyətsiz davranırlarsa, sıravi vətəndaşların probleminə necə yanaşırlar?!”.

Aktrisa öz ailəsindən də nümunə çəkib:

"Qardaşımın həyat yoldaşı koronavirusa yoluxmuşdu və peyvənd olunmadığı üçün çox ağır keçirərək dünyasını dəyişdi. Kim COVİD-19 virusunun olduğuna inanmırsa, xəstəxanalara gedib öz gözü ilə bu xəstəliyə yoluxanların hansı əziyyəti çəkdiklərini görə bilər.

Çox təəssüf ki, dövlət xəstəxanalarında pullu müalicələr mövcuddur, reanimasiya şöbələri dolur, ora gedənlərin hamısı effektiv müalicə ala bilmirlər. Ona görə özünüzü qoruyun və peyvənd olunun. Hansı peyvəndi vurdurmaq istəyirsinizsə, araşdırın və özünüz qərar verin".

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.   Sfera.az xəbə...

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...