“Azure”da intihar edən gənclə bağlı - RƏSMİ AÇIQLAMA

“Azure”da intihar edən gənclə bağlı - RƏSMİ AÇIQLAMA

Baş Prokurorluq iki gün öncə "Azure” biznes mərkəzində intihar edən gənclə bağlı açıqlama yayıb.

Sfera.az-a daxil olan məlumatda qeyd edilir ki, iyunun 22-də 1999-cu il təvəllüdlü Elvin Məmmədov işlədiyi "Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən "Polyagro” ofisinin pəncərəsindən özünü ataraq intihar edib.

Faktla bağlı hazırda Xətai rayon prokurorluğunda araşdırma aparılır. Araşdırmanın gedişatı və nəticəsinə uyğun olaraq qanuni qərarın qəbul edilməsi, bu barədə ictimaiyyətə məlumatın verilməsi təmin ediləcək.

 

Qeyd edək ki, həmin şirkətdə mühasib işləyən E.Məmmədov intihar etmədən öncə məktub yazıb.

Məktubda qeyd edilir: "Hər şey bura qədərmiş. Həyat bəlkə də çox gözəldir, amma mən yaşamağı bacarmadım. Özünüzə yaxşı baxın. Möhkəm olun, mənə görə pis olmayın. 22 il də bəs edər. Ata, mama, qardaşım, sizi çox istəyirəm”.



OXŞAR XƏBƏRLƏR