AzTV-dən koronavirusdan ölən baş redaktorla bağlı - AÇIQLAMA

AzTV-dən koronavirusdan ölən baş redaktorla bağlı - AÇIQLAMA
 
"Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) də əməkdaşı, Əməkdar incəsənət xadimi Etibar Babayevin ölümü ilə bağlı məlumat yayıb. 

Sfera.az-a daxil olan məlumatda deyilir ki, E.Babayev 1967-ci ildə Bakıda anadan olub. AzTV-də 30 ilə yaxın müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ildə AzTV-nin Bədii rəhbəri olub. 2019-cu ilin fevral ayından isə Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru vəzifəsinə təyin olunub.

Qeyd edilib ki, hazırda kanalın 5 əməkdaşı xəstəxanada koronavirusdan müalicə alır, 1 nəfər isə evə buraxılıb və onların səhhətində hər hansı ağırlaşma yoxdur.

Xəstəliyin əməkdaşlar arasında geniş yayılmaması üçün şirkət daxilində gücləndirilmiş dezinfeksiya tədbirləri davam etdirilir, hərarəti yüksək olan əməkdaşlar QSC daxilinə buraxılmır. Ümumi sayı 3000-ə yaxın olan kollektivin hazırda yalnız 1000 nəfəri iş başındadır. Qalan əməkdaşlar isə əməkdaşlığı distant şəkildə, evdə qalaraq davam etdirir.

Xatırladaq ki, QSC-nin rejissoru Samir Nemətzadə də bir neçə gün əvvəl koronavirusdan vəfat edib.

OXŞAR XƏBƏRLƏR

Metronun fəaliyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA

 "Metro avqustun 31-dək bağlı olacaq”.   Sfera.az  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xa...

Nazir müavini: “Vətəndaşlar isə işləmək əvəzinə, 190 manatı tələb edirlər”

"190 manatla bağlı bizə olan çoxlu müraciət daxil olur. Vətəndaşların bununla bağlı şikayətləri var”. Sfera.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi...

Ermənistanın absurd siyasətinin məntiqli nəticələri

  1 avqust tarixində bir sıra Ermənistan KİV-də bu ölkənin Müdafiə nazirinin - David Tonoyanın dövlət sərhədinin cənub-qərb istiqamətinə səfəri haqqında m...

Dövlət pandemiya ilə bağlı pul verəcək - Yeni iqtisadi paket hazırlanır

  "Yeni iqtisadi paketlə bağlı işlər gedir. Əvvəlki iqtisadi paketlərin, yardımların davam etdirilməsi nəzərdə tutulur”. Sfera.az  xəbər verir...

İbrahim Məmmədovdan toyların keçirilməsi ilə bağlı AÇIQLAMA

  Xəbər verdiyimiz kimi, sentyabr ayının 1-dən etibarən Azərbaycanda toy məclislərinin təşkilinə icazə verilə bilər. Bu isə ölkə üzrə koronavirusa yoluxan...

Rayonlara gediş-gəliş xidməti vəsiqə ilə mümkün olmayacaq - XƏBƏRDARLIQ

  COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən şəhə...