Aztəminatlı ailələrin övladları üçün “bir qələm” aksiyası start götürdü

Aztəminatlı ailələrin övladları üçün “bir qələm” aksiyası start götürdü
 
"Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi məktəbə gedə bilməyən aztəminatlı ailələrin uşaqlarına yardım olunması üçün "bir qələm” aksiyası keçirir.

Təşkilatdan verilən açıqlamada bildirilir ki, aksiyanın məqsədi övladları üçün məktəb ləvazimatları və forması ala bilməyən aztəminatlı ailələrin xərclərinin müəyyən qismini cəmiyyətin imkanlı təbəqəsinin yardımlarıyla qarşılamaqla uşaqların məktəbə getməsini təmin etməkdir.