“Azərxalça”nın rəhbərinin mənimsədiyi pulların sayı açıqlandı - ŞOK RƏQƏMLƏR

“Azərxalça”nın rəhbərinin mənimsədiyi pulların sayı açıqlandı - ŞOK RƏQƏMLƏR
Məlum olduğu kimi, bu gün "Azərxalça” ASC-nin İdarə heyətinin sədri Vidadi Muradov külli miqdarda mənimsəmə ittihamı ilə həbs edilib. 

Sfera.az-ın məlumatına görə, Vidadi Muradov sözügedən vəzifəyə 2016-cı ilin iyununda təyin olunub.

Onun qanunsuz əməlləri isə təyin olunduğu tarixdən 6 ay sonra başlayıb. Belə ki, o, 9 dekabr 2016-cı il tarixdən 31 dekabr 2019-cu il tarixədək digər şəxslərlə qabaqcadan əlbir olaraq "Azərxalça” ASC-yə məxsus xalça istehsalı üçün nəzərdə tutulan ipin formal müqavilələrin bağlanması yolu ilə alqı-satqısı məqsədi ilə bir neçə hüquqi şəxsə məxsus bank hesablarına ümumilikdə 3 milyon 435 min manat məbləğdə pul vəsaiti köçürüb. Vidadi Muradov həmin məbləğin 1 milyon 149 min manat olan hissəsinin nağdlaşdırılmaqla mənimsəyib.

Vəzifə səlahiyyətlərindən sui-istifadə edən, rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil edən Vidadi Muradov, daha sonra 20 dekabr 2017-ci il tarixdən 18 fevral 2019-cu il tarixədək olan müddətdə cəmiyyətə məxsus müxtəlif ölçülü xalçaları təsisçisi olduğu "Azər-İlmə” MMC-yə ucuz qiymətə satılmasına nail olmaqla 339 min 427 manat məbləğində əmlakı mənimsəyib.

Məsələ burasındadır ki, "Azər-İlmə” MMC-nin təsisçisi də məhz Vidadi Muradov olub.

Vidadi Muradov növbəti mənimsəməyə 28 mart 2019-cu ildə nail olub. Belə ki, həmin vaxt "Azərxalça” ASC-yə yun təmizləmə xəttinin alınmasına ehtiyac duyulub. Bu avadanlığın xarici bazarlarda qiyməti isə 800 min ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1 milyon 360 min manat təşkil edib. Ancaq məsələ burasındadır ki, Vidadi Muradov istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olaraq "Azərxalça” üçün maddi cəhətdən daha ağır şərtlərlə, Almaniya ərazisində fəaliyyət göstərən şirkətlərdən biri ilə dəyəri 5 milyon 314 min avro (10 milyon 167 min manat) təşkil edən podrat müqaviləsini bağlayıb. 

Müqavilənin tərkib hissəsi kimi yun təmizləmə xəttinin alınması üçün 1 milyon 800 min avro (3 milyon 444 min manat) məbləğində pulun "Azərxalça” ASC-nin bank hesabından şirkətin bank hesabına ödənilib. Yəni, əslində qiyməyi 1 milyon 360 min manat olan avadanlıq 3 milyon 444 min manata alınıb. Bir sözlə, yun təmizləmə xətti "Azərxalça” ASC-yə 2 milyon 84 min manat baha başa gəlib.

Bununla da belə çıxır ki, Vidadi Muradov vəzifədə olduğu müddət ərzində ümumilikdə 3 milyon 572 min 427 manat mənimsəyib. Bu səbəbdən sədrə CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. (Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...