“Azərsun Holdinq” 500 fəhlənin işdən qovulmasına aydınlıq gətirdi

“Azərsun Holdinq” 500 fəhlənin işdən qovulmasına aydınlıq gətirdi
 
"Müəssisəmiz son illərdə külli miqdarda zərərlə fəaliyyət göstərir”.

Sfera.az xəbər verir ki, bu sözlər qaynarinfo-ya açıqlamasında "Azərsun Holdinq” MMC-dən İmişli Şəkər Zavodunda 500 fəhlənin işdən qovulmasına münasibət bildirilərkən deyilib.
 
Holdinq bəyan edir ki, "Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin İmişli rayonunda yerləşən şəkər emalı zavodu ciddi böhran vəziyyəti ilə qarşılaşıb:

"Belə ki, 2016-cı ildən etibarən Rusiya Federasiyasından ölkəmizə şəkər tozu idxalının miqyası durmadan artmaqdadır. Üstəlik idxal olunan şəkər tozunun qiyməti dempinq siyasəti ilə formalaşır. İmişli şəkər zavodunda maya dəyərinin aşağı salınması, qiymətdə rəqabət qabiliyyətinin artırılması yönündə milyonlarla ABŞ dolları ilə ölçülən investisiya qoyuluşları, həmçinin digər səmərələşdirici səylərin həyata keçirilməsinə baxmayaraq, dempinqli idxal olunan məhsul ilə rəqabət aparılması obyektiv olaraq mümkün deyil. Məhz buna görə də, müəssisəmiz son illərdə külli miqdarda zərərlə fəaliyyət göstərir. Lakin "Azərsun Holdinq” rəhbərliyinin ölkəmizin sosial-iqtisadi inkişafı və regionda məşğulluğun təmin olunmasına verdiyi yüksək əhəmiyyətin nəticəsi olaraq müəssisəmizin fəaliyyəti dayandırılmamışdır. Hər kəsə məlumdur ki, İmişli rayonu başda olmaqla, Mərkəzi Aran bölgəsinin sosial-iqtisadı həyatında və işsizliyin aradan qaldırılmasında müəssisəmizin rolu həlledici dərəcədə mühümdür”.

Holdinq 3 ildir İmişli Şəkər Zavodunun zərərlə işlədiyini vurğulayıb:

"Yaranmış bu böhran vəziyyətində, holdinqimizin bütün xoş niyyətli səylərinə rəğmən, müəssisəmizin tam gücü ilə ilboyu fəaliyyət göstərməsi çətinləşəcək. Hazırda İmişli Şəkər Zavodunda ixtisar baş vermir. Sadəcə, istehsal müəssisəsinin fəaliyyətini dayandırması ilə bağlı ölkə qanunvericiliyinin tələbinə uyğun olaraq işçilərə ödənişlər edilir. Durum belə davam edərsə, istehsal müəssisəmiz 2020-ci ildən etibarən sadəcə payız mövsümündə məhdud miqdarda şəkər çuğunduru emalını həyata keçirməklə fəaliyyətini xeyli kiçiltməyə məcbur qalacaq. Çox təəssüf, işçi heyətimizin sayına yenidən baxmalı olacağıq. Bildirmək istəyirik ki, artıq 3 ildir İmişli Şəkər Zavodu zərərlə işləyirdi”.

OXŞAR XƏBƏRLƏR

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...