"Azərsu" sədrinin oğlu ilə bağlı iddia - Əkin sahələri, badam bağları və itən su

Araşdırmaçı-jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında "Su hara gedir, niyə itir" sualının cavabı” adlı yazı paylaşıb.

 

Sfera.az Azərsu sədri Qorxmaz Hüseynovun oğlu Araz Hüseynlinin qeyri-qanuni əməllərini ifşa edən jurnalistin paylaşmasını oxucularına təqdim edir:


"Azərsu" ASC sədri Qorxmaz Hüseynovun oğlu Araz Hüseynli Füzuli rayonunun Haramı ərazisində 2700 hektar ərazini ələ keçirib. 20 ildən bəri o torpaqlar üzərində sahiblik hüququ olan sahibkarların səslərini eşidən belə olmayıb, icra başçısı həmin əraziləri öz marağından və kefindən o adamların əlindən alıb Natural Aqro MMC-yə verib.

 

Heç kimdən və heç nədən qorxmayan Qorxmaz əfəndi "Azərsu"nun resurslarını oğlunun təsərrüfatlarında bütün gərəkli infrastrukturları yaratmağa səfərbər edib, yeraltı su boruları çəkdirib, müasir pivot suvarma sistemi quraşdırıb, nasosxana və hidratlar qurdurub, Yuxarı Mil kanalının suyunu Haramı düzünə - oğlunun əkin sahələrinə və badam bağlarına yönəldib.”




OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək"

Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsi işinə töhfə verəcək.   Sfera.az xə...

Blinken Çində səfərdədir

ABŞ dövlət katibi Entoni Blinken Çində səfərdədir.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller &...

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası İNŞA EDİLƏCƏK

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır ...

Hansı qida məhsullarını daha çox istehlak edirik? - STATİSTİKA

Azərbaycan əhalisinin ötən il ərzində qida məhsullarının istehlakına dair statistikası açıqlanıb.  Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəb...

Prezidentlər mətbuata bəyanatlarla çıxış ETDİLƏR - VİDEO - YENİLƏNDİ

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər. &nbs...

İlham Əliyev: "Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk"

Azərbaycanı və Mərkəzi Asiyanı əsrlər boyu əməkdaşlıq və dostluq münasibətləri birləşdirir.   Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikasını...