“Azərmaya” bu dəfə Kəlbəcərdə - FOTO

“Azərmaya” bu dəfə Kəlbəcərdə - FOTO
"Azər-Maya” işğaldan azad edilən ərazilərdə çörək istehsalı ilə məşğul olan müəssisələri maya ilə təmin etməkdə davam edir.
 
Sfera.az xəbər verir ki, bu dəfə müəssisə Kəlbəcərin çörək təchizatına başlayıb. Bundan sonra Kəlbəcərdə bişirilən çörəklər onların istehsal etdiyi maya ilə bişiriləcək.

Qeyd edək ki, "Azər-Maya” ASC Şuşadakı çörək istehsalı olan müəssisələri də maya ilə təmin edir. 

Artıq Şuşada fəaliyyətdə olan 4 çörək zavodu tam şəkildə "Azər-Maya” tərəfindən təchiz olunur.

Məlumat üçün bildirək ki, "Azər- Maya” Azərbaycanın qida sektorunun aparıcı şirkətlərindən biridir. Eyni zamanda regionun yeganə maya istehsalçısıdır.
1973-cü ildə fəaliyyətə başlamış keçmiş Bakı Bulka-Maya zavodunun bazasında 1997-ci ilin may ayında tam özəlləşdirilmiş müəssisə olan "Azər-Maya” Açıq Səhmdar Cəmiyyəti yaradılıb.

Onların istehsal etdiyi preslənmiş xəmir mayası ilə Azərbaycan Respublikasının tələbatını tam ödəməklə yanaşı qonşu dövlət olan Gürcüstan Respublikasına da ixrac edilir.
 



OXŞAR XƏBƏRLƏR

Hakimlər üçün "yalan dedektoru" - Andrey Şevçenkonun YENİ TƏKLİFİ

Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Şevçenko hakimlərin yalan detektoru vasitəsilə yoxlanılması sistemini tətbiq etmək istəyir.   ...

Rusiya səfiri Almaniya XİN-ə ÇAĞIRILDI

Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az bildirir ki, bu barədə “Bild” nəşri mə...

"Bununla bağlı bizdə yanlış təsəvvür var" – Elm və təhsil naziri

“Məktəb psixoloqları ilə bağlı yanlış təsəvvür var".   Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün "Mək...

Arteta "Arsenal"ın məğlubiyyətini ŞƏRH ETDİ: "14 ildir ki..." 

"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandasının Çempionlar Liqasındakı məğlubiyyətini şərh edib.   Sfera.az xəbər verir ki, mütəxəssis k...

Zaxarova Ermənistan-ABŞ-Aİ görüşü barədə: “İrəvandan cavab və təkzib gözləyirik”

“Mətbuatda ABŞ və Avropa İttifaqı (Aİ) ilə “hərbi-siyasi razılaşmalar” haqqında məlumat dərc edildikdən sonra Rusiya Ermənistandan aydın cavab...

MDB-də ən yüksək pensiya yaşı Azərbaycandadır - BAİ

MDB ölkələri arasında ən yüksək pensiya yaşı Azərbaycandadır.  Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Bakı Araşdırmalar İnstitutu (BAİ) açıql...