No Image
No Image

“Azərmaya” bu dəfə Kəlbəcərdə - FOTO

“Azərmaya” bu dəfə Kəlbəcərdə - FOTO
"Azər-Maya” işğaldan azad edilən ərazilərdə çörək istehsalı ilə məşğul olan müəssisələri maya ilə təmin etməkdə davam edir.
 
Sfera.az xəbər verir ki, bu dəfə müəssisə Kəlbəcərin çörək təchizatına başlayıb. Bundan sonra Kəlbəcərdə bişirilən çörəklər onların istehsal etdiyi maya ilə bişiriləcək.

Qeyd edək ki, "Azər-Maya” ASC Şuşadakı çörək istehsalı olan müəssisələri də maya ilə təmin edir. 

Artıq Şuşada fəaliyyətdə olan 4 çörək zavodu tam şəkildə "Azər-Maya” tərəfindən təchiz olunur.

Məlumat üçün bildirək ki, "Azər- Maya” Azərbaycanın qida sektorunun aparıcı şirkətlərindən biridir. Eyni zamanda regionun yeganə maya istehsalçısıdır.
1973-cü ildə fəaliyyətə başlamış keçmiş Bakı Bulka-Maya zavodunun bazasında 1997-ci ilin may ayında tam özəlləşdirilmiş müəssisə olan "Azər-Maya” Açıq Səhmdar Cəmiyyəti yaradılıb.

Onların istehsal etdiyi preslənmiş xəmir mayası ilə Azərbaycan Respublikasının tələbatını tam ödəməklə yanaşı qonşu dövlət olan Gürcüstan Respublikasına da ixrac edilir.
 



Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycan nefti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 26-da 65,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki göst...

Şirkət rəhbərləri dövlət resurslarını şəxsi malı kimi necə mənimsəyir? - Milyardlıq “tender oyunları”

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da xarici və yerli jurnalistlər üçün keçirdiyi mətbuat konfransında dövlət şirkətlərinin fəaliyyətini tənqid edib...

Azərbaycanda qida məhsullarının idxalı kəskin artıb: Milyonlarla dollar ödəyib nə almışıq?

Azərbaycanda kənd təsərüfatı məhsullarının istehsalında və qida sənayesində ardıcıl inkişaf templərinin təmin edilməsinə baxmayaraq xaricdən idxal edilən yeyint...

Azərbaycan neftinin qiyməti 67 dollara çatdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,21 ABŞ dolları, yaxud 0,32 % artıb. Sfera.az  xəbər verir k...

Azərbaycanda çörək bahalaşmağa davam edəcək – SƏBƏB

2020-ci ilin ikinci yarısından xarici bazarlarda buğdanın bahalaşması böyük həcmdə buğda idxal edən ölkələrdə qiymət artımlarına səbəb olub.   Sfera...

Mərkəzi Bankdan dollar açıqlaması

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. Sfera.az-ın məlumatına görə, 2021-ci ilin fevralın 26-da ABŞ dollarının...