“Azərlotereya”nın Türkiyə şirkətinə idarəetməyə verilməsi üzrə müqavilə imzalandı - FOTOLAR
17:11 / 27.02.2021
1348
"Bu gün "Azərlotereya”nın Türkiyənin "Demirören Holding” şirkətinə idarəetməyə verilməsi üzrə müqavilə imzalandı”.
Sfera.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesabında məlumat verib.
O bildirib ki, yeni əməkdaşlıq platforması Azərbaycanda oyun sənayesinin inkişafına, yeni investisiyanın cəlb edilməsinə və büdcə gəlirlərinin artmasına əlavə imkan yaradacaq.