\"Azərişıq\"dan əhaliyə sevindirici xəbər
18:16 / 30.06.2020
3265
Smart kart sayğacı olanlar evdən çıxmadan kart balansını artıra biləcək.
Sfera.az "REAL TV"yə istinadən xəbər verir ki, "Azərişıq” ASC-nin smart kart sayğacı olan abunəçiləri evdən çıxmadan kart balansını artıra biləcək.
Hazırki karantin dövründə əhalinin hansısa səbəbə görə evdən çölə çıxmaması və daha az insanla təmasda olması vacib şərtlərdən hesab olunduğuna görə bu cür
yeniliklər etmək gərəkli idi və ölkənin kommunal sektorunda "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti belə bir yeniliyə imza atdı.
Qeyd edək ki,Bu gün həmin bu sistemin təqdimatı da keçirildi.Mətbuat konfransında Azərişıq ASC-nin İT departamentinin direktoru Qalib Həmidov məlumat verdi ki,Həmin kart oxuyucu yaxın bir zaman ərzində satışa çıxarılacaq və qiyməti 20 manatdan aşağı olacaq.