“Azərişıq” ASC-nin üç əməkdaşı güllələndi

“Azərişıq” ASC-nin üç əməkdaşı güllələndi
 Masallı rayonunda "Azərişıq” ASC-nin əməkdaşları güllələnib.

Sfera.az report-a istinadən verdiyi xəbərə görə hadisə rayonun Yeddioymaq kəndində baş verib.

Belə ki, Yeddioymaq kənd sakini 1969-cu il təvəllüdlü Mansur Bəşir oğlu Şahmuradov elektrik enerjisi borcu olduğuna görə onun həyətinə gələn və borcunun ödənməsini istəyən elektrik şəbəkəsi işçiləri ilə mübahisə edib. Heç bir borcunun olmadığını iddia edən abonent M.Şahmuradov evindəki ov silahı ilə "Azərişığ"ın əməkdaşlarına atəş açılıb.

Nəticədə üç nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İki nəfərin xəsarətləri yüngül olduğundan ambulator yardım edilib. Digər əməkdaş, Masallı şəhərində yaşayan, 1983-cü il təvəllüdlü Ramal Sudef oğlu Bağırova isə sol körpücük nahiyəni dəlib-keçən güllə yarası diaqnozu qoyulub. Hazırda yaralı əməliyyatdadır.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

OXŞAR XƏBƏRLƏR

Bakıda gözəllik salonunda qətl törədildi, saxlanılan var - RƏSMİ

 Mayın 28-də saat 13 radələrində 1983-cü il təvəllüdlü Bakı şəhər sakini Nurana Qədimovanın işlədiyi Ramana qəsəbəsində yerləşən gözəllik salonunda bıçaqla...

DTX və Baş Prokurorluqdan əməliyyat: İcra nümayəndəsi tutuldu - RƏSMİ

 İsmayıllı rayon icra hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumatlar ə...

Azərbaycanda vəzifəli şəxs özünü güllələyib öldürdü

 Lerik sakini ov tüfəngi ilə özünü güllələyib. Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib. 1977-ci...

Bakıda xəstəlikdən bezən kişi intihar etdi

 Bakının Nəsimi rayonunda bir nəfər sirkə turşusu içərək intihar edib. Bu barədə Sfera.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Aprel...

Elmar Vəliyevin bağbanı ölü tapıldı

 Sabiq icra başçısı Elmar Vəliyevin bağbanı Gəncədəki dəbdəbəli villasında qəfil dünyasını dəyişib.  Sfera.az xəbər verir ki, martın 31-də sözüg...

Azərbaycanda 17 yaşlı tələbə qəfildən öldü - FOTO

 Biləsuvar rayonunda naməlum səbəblərdən ölüm hadisəsi baş verib. Sfera.az "report"a istinadən xəbər verir ki, hadisə rayonun Amankənd kəndində baş v...