\"Azərişığ\"ın əməkdaşı Laçında minaya düşdü
20:50 / 22.11.2021
1952
"Azərişığ"ın əməkdaşı minaya düşərək xəsarət alıb.
Sfera.az-ın məlumatına görə, hadisə Laçın rayonunun Güləbird kəndi ərazisində qeydə alınıb.
Belə ki, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşüb.
Yaralının sağ ayağı amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır.
(Report)