\"Azəriqaz\"dan Xırdalandakı partlayışla bağlı AÇIQLAMA
21:35 / 25.01.2021
2274
"Azəriqaz" İstehsalat Birliyi Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş vermiş partlayışla bağlı məlumat yayıb.
Qurumdan Sfera.az-a bildirilib ki, ərazidən Birliyin balansında olan hər hansı yeraltı qaz kəməri keçmir.
Məlumata görə, fərdi yaşayış evinin daxilində baş verən partlayış müvafiq qurumlar tərəfindən araşdırılacaq.