“Azəriqaz”a yeni mətbuat katibi təyin olundu
12:53 / 27.07.2021
769
Telejurnalist Eldəniz Vəliyev "Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Sfera.az xəbər verir ki, bu barədə "Azəriqaz”ın Baş direktoru Ruslan Əliyev öz feysbuk hesabında məlumat verib.
Qeyd edək ki, ötən gün "Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov başqa işə keçməsi ilə əlaqədar olaraq, tutduğu vəzifədən azad olunub.