““Azəriqaz”a olan borc dövlət tərəfindən tənzimlənəcək”

““Azəriqaz”a olan borc dövlət tərəfindən tənzimlənəcək”

"Hazırda bütün qazanxanalarımız işə düşüb. Kimdəsə istilik yoxdursa, bu fərdi mənzillərlə bağlı ola bilər”.

Sfera.az  xəbər verir ki, bunu "Qafazinfo”ya açıqlamasında "Azəristiliktəchizat” ASC-nin abonentlərlə xidmət şöbəsinin müdiri Rafiq Əliyev deyib. 

O qeyd edib ki, "Azəriqaz”a olan borc dövlət tərəfindən tənzimlənəcək: "Bizim hazırda verdiyimiz istiliyin tarifi maya dəyərindən aşağıdır. Ancaq qiymətlər Tarif Şurası tərəfindən tənzimlənir. 2011-ci ildən evin 1 kv. m görə əhali istehlakçı qrupu üçün tarif 15 qəpikdir. Amma biz qiymət artımı məsələsinə baxmırıq. Ümumi olaraq, bu   məsələ dövlət tərəfindən tənzimlənəcək. Hazırda qiymət artımı məsələsi gündəmdə deyil”.

Qazanxanalarda temperaturun qaldırılması məsələsinə gəlincə isə o bildirib ki, hazırda temperaturun aşağı olması qazanxanaların texniki xarakterindən asılıdır:

"Bu vəziyyət temperaturun birdən-birə artmasına imkan vermir. Tədricən hava şəraiti ilə  bağlı temperatur da qalxacaq. Hazırda bütün qazanxanalarımız işə düşüb. Kimdəsə istilik yoxdursa, bu fərdi mənzillərlə bağlı ola bilər”. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda müəllim qəfil VƏFAT ETDİ - FOTO

Sumqayıt şəhər 24 saylı tam orta məktəbin müəllimi vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə məktəbdən məlumat verilib.   Məlu...

"Məlumat xarakterli videoçarxlar, xəbərlər hazırlanmalıdır" - Millət vəkili

“İnsanlar bank adı ilə gələn zənglərin hansı məqsədlə edildiyini bilmirlər”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclas...

Ceyhun Bayramov çexiyalı həmkarı ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı Yan Lipavski (Jan Lipavsky) ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbay...

"İran bu tip davranışlardan çəkinməli, düz yola qayıtmalıdır" - Qüdrət Həsənquliyev

“Biz 1991-ci ilin sərhədlərində suverenliyimizi bərpa etdik. Buna görə hakim partiyaya təşəkkür edirəm”.   Sfera.az xəbər verir ki, bunu ...

İlham Əliyev ukraynalı həmkarını COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfl...

Ermənistanda minatəmizləmə işləri ilə əlaqədar Bağanis-Voskepar yolu BAĞLANDI

Ermənistan polisi minatəmizləmə işlərini aparmaq və vətəndaşların bu ərazilərə daxil olmasına mane olmaq üçün Bağanis (Bağanis Ayrım - red.) - Voskepar (Aşağı Ə...