No Image
No Image

“Azəriqaz” və "Azərişıq" rəhbərləri Gəncəyə gedib - Tapşırıqlar verildi

“Azəriqaz” və
Bu gün "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Gəncə şəhərində olub və Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində dağıdılmış evlərə baş çəkib.

Sfera.az xəbər verir ki, V.Əhmədova hadisənin şəhərin elektrik enerjisi təsərrüfatına dəymiş ziyan barədə ətraflı məlumat verilib. Sədr isə öz növbəsində dəymiş ziyanın nəticələrinin tez bir zamanda aradan qaldırılmasını üçün ərazidə işləyən "Azərişıq" əməkdaşlarına tapşırıq və tövsiyələrini verib.

Həmçinin bildirilib ki, ərazini 24 saat fasiləsiz keyfiyyətli elektrik enerjisi təchiz etmək üçün əraziyə yeni yüksəkgərginlikli xəttin çəkilişi nəzərdə tutulur.

Qeyd edək ki, hadisə yerində Vüqar Əhmədovla birgə "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev də olub.

Xatırladaq ki, oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini ağır artilleriya silahlarından atəşə tutması nəticəsində 14 nəfər həlak olub, 47 nəfər yaralanıb.

OXŞAR XƏBƏRLƏR

Türkiyədə bu gün koronavirusdan ölənlərin sayı 168 nəfərə çatdı

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) daha 168 nəfər ölüb. Sfera.az xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayı...

“Döyüşdə elə məqam olub ki, Babək Səmidli məni həyata qaytarıb”

Şəhid polkovnik Babək Səmidli millətini, bayrağını, xalqını sevən bir igid idi, bir dost kimi isə ləyaqətli sirdaş, yaxın bir silahdaş idi. Sfera.az xəbər...

Erməni zabitlərdən şok etiraf: Kəlbəcər tələ idi...

Dünən Kəlbəcərdən çıxmağa məcbur qalan erməni zabitləri azərbaycanlılar və Rusiya sülhməramlıları üçün bu rayonda saxladıqları tələlərlə bağlı maraqlı m...

XİN-dən Fransa Senatının qərarına - Kəskin reaksiya

Öncə qeyd etmək istərdik ki, Fransa Senatında qəbul edilmiş "Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamə təklifi bir qrup qatı ermənipərəst ...

Hikmət Hacıyev: Fransa Senatının qətnaməsi kağız parçasından başqa bir şey deyil

Noyabrın 18-də Fransa Senatının Rəyasətində erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma "Dağlıq Qarabağ Respublika...

Vaqif Dərgahlı “HaberGlobal”a Ordumuzun Kəlbəcərə daxil olmasından danışdı - VİDEO

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Türkiyənin "HaberGlobal” televiziyasına Kəlbəcərin işğaldan azad olunma əməliyyatı ilə ba...