“Azəriqaz” Təhsil Şöbəsini məhkəməyə verdi

“Azəriqaz” Təhsil Şöbəsini məhkəməyə verdi
 "Azəriqaz” İstehsalat Birliyi Təhsil Nazirliyinin Qax rayon Təhsil Şöbəsini məhkəməyə verib.
 

Sfera.az-ın "Qafqazinfo”ya istinadən xəbər verir ki, Şəki İnzibati İqtisadi Məhkəməsinə müraciət edən "Azəriqaz”ın iddia ərizəsində qeyd edilib ki, Qax Rayon Təhsil Şöbəsinin təbii qazdan istifadəyə görə 3057,60 manat borcu yaranıb. "Azəriqaz” məhkəmədən həmin məbləğin Qax TŞ tərəfindən ödənilməsi haqda qərar çıxarılmasını istəyib.

Qax rayon Təhsil Şöbəsi isə etiraz edərək bildirib ki, Təhsil Şöbəsinə Maliyyə Nazirliyi tərəfindən 2019-cu ilin smetasına qaz haqqının ödənilməsi üçün 300 manat vəsait ayrılsa da, bu vəsait faktiki tələbatı ödəmək üçün kifayət etmir. Yaranmış vəziyyətlə əlaqədar Qax rayon Təhsil Şöbəsi tərəfindən Qax Rayon Maliyyə İdarəsinə tələb olunan vəsaitlə bağlı təkliflər verilib. Bundan başqa, bir sıra hallar nəzərə alınmaqla problemin həllinə köməklik göstərilməsi üçün Təhsil Nazirliyinin 5 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə məktubla müraciət olunub.

Lakin məhkəmə "Azəriqaz”ın xeyrinə qərar çıxarıb və Qax rayon Təhsil Şöbəsinin məhkəmə xərcləri ilə birgə 3088 manat ödəməli olduğuna qərar verilib.



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...