“Azəriqaz” bir sıra xidmət sahələrinin iş qrafikində dəyişiklik edib

“Azəriqaz” bir sıra xidmət sahələrinin iş qrafikində dəyişiklik edib
 

Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Hökumətinin gördüyü tədbirlərə, qəbul etdiyi qərarlara uyğun olaraq bir sıra xidmət sahələrinin iş qrafikində də dəyişiklik edilib. O cümlədən, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi də fəaliyyətini ümumi tədbirlər proqramına uyğunlaşdırıb.

Sfera.az-ın "Azəriqaz”a istinadən verdiyi məlumata görə, aprelin 6-dan etibarən Birlik Bakı şəhəri üzrə Müştəri xidmətlərini Heydər Əliyev prospekti 115 ünvanında yerləşən 5 saylı "ASAN xidmət” və Akademik H.Əliyev küçəsi 36 ünvanında yerləşən 1 saylı "ASAN Kommunal” mərkəzlərində səhər saat 09:00-dan saat 12:00-dək təqdim edəcək.

Birliyin Müştəri xidmətləri üzrə mühəndisləri 5 saylı "ASAN xidmət” Mərkəzində 2 pəncərə üzrə, 1 saylı "ASAN Kommunal” Mərkəzində isə 4 pəncərə üzrə abonentlərin xidmətində olacaqlar. Bundan başqa vətəndaşların müraciətləri Birliyin Mərdəkan, Xırdalan, Sabunçu xidmət sahələrində və Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında da qəbul olunacaq. Qeyd edilən bütün məntəqələrdə ən zəruri xidmətlər - yeni kartların verilməsi, itmiş kartların əvəzlənməsi, koda düşmüş kartların bərpası və s. icra olunacaq. 


OXŞAR XƏBƏRLƏR

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...