"Azərikimya"da modernizasiya işlərinin yekunlaşacağı vaxt açıqlanıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda  aparılan yenidənqurma və modernizasiya işləri bu ilin III rübündə tam olaraq yekunlaşacaq.

Sfera.az xəbər verir ki, report-un məlumatına görə, bunu Etilen-polietilen zavodunun baş mühəndisin modernizasıya üzrə müavini Qadir Əliyev jurnalistlərə söyləyib.

Onun sözlərinə görə, zavodda modernizasiya və yenidənqurma işlərinin aktiv fazasına 2017-ci ildə başlanılıb. "İşlərin 94%-i başa çatdırılıb. Artıq ilkin sınaq-sazlama işlərinə başlanılıb", - Q. Əliyev qeyd edib.

Qeyd edək ki, "Etilen-Polietilen" zavodu 1989-cu ildən fəaliyyətdədir. "Azərikimya" İB-nin Etilen-polietilen zavodunda aparılan yenidənqurma və modernizasiya layihəsi çərçivəsində bir neçə yeni müasir texnoloji qurğu inşa olunur, texnoloji proseslər avtomatik idarəetmə sisteminə keçirilir, zavodun elektrik təchizatı sistemi və köməkçi qurğuları təkmilləşdirilir. Layihə nəticəsində "Azərikimya” İB-də əsas məhsullar üzrə faktiki istehsal həcmləri iki dəfə, bəzi məhsullar üzrə isə üç dəfə artacaq.

Modernizasiya layihəsinin əsas məqsədlərindən biri Sumqayıt Kimya Sənaye Parkında inşa olunmuş yeni "SOCAR Polymer” kompleksinin zavodlarını dayanıqlı rejimdə və lazımlı miqdarda etilen, propilen, saf hidrogen və enerji ilə təmin etməkdir. İstehsal məqsədi ilə istifadə olunan xammal isə zavoda SOCAR-ın digər müəssisəsindən - Heydər Əliyev adına Neft Emalı Zavodundan təchiz edilir.

Yenidənqurma və modernizasiya layihəsinin baş podratçısı "Technip" şirkətinin İtaliya ofisidir. Layihənin idarəedilməsində məsləhətçi kimi "SOCAR-KBR" şirkəti iştirak edir. Müxtəlif mərhələlərdə texniki məsləhətçi kimi "FLUOR" şirkətinin Niderland ofisi və "Clifford Chance" şirkətinin İngiltərə ofisi layihəyə dəstək verib. Tikinti-quraşdırma işləri SOCAR-ın birgə müəssisəsi "Azfen” və Türkiyənin "Üstay” şirkətlərinə həvalə olunub. Ümumilikdə layihəyə dünyanın təxminən 50 ölkəsini təmsil edən 50-dən çox istehsalçı və podratçı şirkət cəlb edilib.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda qızıl və gümüş kəskin ucuzlaşdı

  Azərbaycanda qızıl və gümüş ucuzlaşıb. Sfera.az xəbər verir ki, avqustun 12-də qızılın qiyməti avqustun 11-i ilə müqayisədə 231,489 manat (6,75 faiz) a...

Avqustun 13-də dolların manata qarşı məzənnəsi

  Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat açıqlayıb. Mərkəzi Bankdan Sfera.az-a verilən məlumata görə, 13.08.2020-ci il ta...

TuranBank sahibkarlara güzəştli mikrokreditlər təklif edir

  Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə əməkdaşlıq edən ölkənin aparıcı banklarından ...

Azərbaycan neftinin qiymətləri dəyişib

  CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 11-də 45,56 dollar/barel təşkil edib ki, bu da əvvə...

Avqustun 12-də xarici valyutaların manata qarşı məzənnələri

  Azərbaycan Mərkəzi Bankı 12 avqust tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan Sfera.az-a verilən məlumata görə, avqustun 12-d...

Ekspert: “SOCAR nəinki yerli, hətta beynəlxalq layihələri də icra etməyə qadirdir”

Avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimi baş tutub. Bu dayaq bloku SOCA...