“Azericard”ın rəhbərliyində yeni təyinat olub

“Azericard”ın rəhbərliyində yeni təyinat olub
 

Azərbaycan Beynəlxalq Bankının törəmə şirkəti və ölkənin ilk prosessinq mərkəzi "AzəriKart” MMC-nin (Azericard) rəhbərliyinə yeni üzv seçilib.

Bu barədə Banker.az saytı quruma yaxın mənbədən əldə etdiyi məlumatda deyilir.

Məlumata əsasən, Ceyhun Qarayev bu aydan (iyun) başlayaraq "Azericard”ın Müşahidə Şurası üzvi seçilib. O, həmçinin 2018-ci ilin aprel ayından Beynəlxalq Bankın Maliyyə menecmenti departamentinin Büdcə və Təhlil şöbəsinin müdiridir. Adıçəkilən banka isə 2015-ci ildə aparıcı mütəxəssis kimi gəlib.

"Azericard” 1996-cı ildə yaradılıb, 0.5 mln. manat nizamnamə kapitalı Beynəlxalq Banka məxsudur. Azərbaycanda "MasterCard”, "Visa”, "American Express”, "Diners Club”, "UnionPay” və "JCB” Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda "Azericard” Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda 17 banka prosessinq xidməti göstərir və onların hamısı – Beynəlxalq Ödəmə Sistemlərinin üzvüdür. "Azericard” telekomunikasiya şirkətlərinin xidmət haqlarının, kommunal xidmətlərin, gömrük rüsumlarının və vergilərin ödənişi, mobil və internet bankçılıq, nağdsız qaydada bir kartdan digər karta pul köçürmələrinin (Kart Transfer, VISA Direct, MasterCard Money Send), VTS, bankomat vasitəsilə sığorta haqlarının və depozitlərin ödənişinin, müxtəlif loyallıq proqramları və s. kimi yeni, müasir və texnoloji layihələrin tətbiqi ilə məşğuldur.



OXŞAR XƏBƏRLƏR

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...