Azəri \"Çikatilo\"nun başqa qurbanları da var?

Azəri  \
 

Son günlər hər kəs işgəncəyə məruz qalaraq öldürülən və yandırılan 10 yaşlı Nərmin balamızın müsibətindən danışır… Əslində isə, hər kəs danışır, amma heç nə danışılmır.

Yəni, bu qədər informasiya və bəyanatların arxasında böyük "probellər” – boşluqlar var.

Qızcığaz 2 ay idi itkin düşmüşdü və hüquq mühafizə orqanları heç bir nəticəyə müvəffəq olmamışdı. Ekspertizadan konkret nəticə yoxdur… Dırnaqların kəsilməsi və meyitin yandırılması ona dəlalət edir ki, "adam” sözü də yaraşmayan o şərəfsiz məxluq "işinə” peşəkar yanaşıb. Ya tibbi, ya da kriminalistika təhsili yetərincədir ki, özündən sonra iz saxlamayıb.

Kim bilir, bəlkə də, onun "portfolio”sunda başqa cinayətlər də var. Yaxud, istintaq nələrisə mətbuatdan gizlədir, ya da araşdırmır, yaxud bəlkə biz tələsirik, hər şeyi tez bilmək istəyirik… Əgər kimlərsə onun ailəsindən qisas alırsa… Bu cür dəhşətli qisasın səbəbləri nədir və ucu hara aparıb çıxarır?

Çox şey deyilir və heç nə deyilmir… Beləcə, bir çox cavabsız suallar ortaya çıxır.

Başlıqdakı "Çikatilo” sözündən xəbərsiz olanlar üçün – SSRİ dövrünün ən məşhur təcavüzkarı, seksual manyak və qatil Andrey Çikatilonu nəzərdə tuturam. Adam 1978-ci ildən 1990-cı ilə qədər 50-dən çox qadın və uşağa qarşı müxtəlif cinayətlər, zorlama və qətllər törədib.

Belə cinayətkarlar içimizdə az deyil. Əxlaqsız adamın nə milləti olur, nə də din-imanı… Çünki inandıqları bir dəyər də olmur!

İnanın mənə, hətta imkanlı məmur uşaqlarının arasında belə azyaşlı uşaqlara və qadınlara təcavüz edən, sonradan onları pul və "əlaqələri” gücünə susduran adamlar var… Nə birdir, nə iki.

Nərmin üçün susmuruq, susmayacağıq… Amma bu, nə qədər davam edəcək? Gündəmə başqa mövzu oturana qədər? Necə ki, Elina üçün susmurduq… Amma axırda susduq. Çünki unutduq…

Qeyd: Mən istintaqın gedişinə mane olmaq üçün yox, yön vermək üçün yox… sadəcə fikirlərimi bölüşmək üçün bu mövzuda yazdım.

Hörmətlə, Pan Rufat (Rüfət Əhmədzadə)



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...