Azərenerji: Vətəndaşlara "evdə qal" deyiriksə, elektrik enerjisi ilə təmin etməliyik

Azərenerji: Vətəndaşlara
 "Elektrik enerjisinin təchizatı bütün ölkəmizi əhatə edir. Xəstəxanalardan, banklardan tutmuş digər sahələrə qədər. Çünki həyat əhəmiyyətlidir. Biz əgər vətəndaşlara "evdə qal" deyiriksə, onların elektrik enerjisi təmin olunmalıdır. Təbii ki, biz də bunu təmin edirik. Fasiləsizlik və keyfiyyətlilik bizim əsas iş prinsipimizidir”.

Sfera.az xəbər verir ki, bu fikirləri "Azərenerji” ASC İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev deyib.

Onun sözlərinə görə, elektrik enerjisi sahəsində - elektrik enerjisinin istehsalı, ötürülməsi və idarəetməsi sahəsində çalışan insanlar hamısı mütəxəssislərdir: "Sistem operatorlarına gəldikdə isə deyə bilərəm ki, elektrik enerjisi istehsal olunur, ötürülür və bunun bir idarəetməsi var. Sistem operatorlarının enerjinin baş idarəetmə mərkəzində, dispetçer idarəetmə mərkəzində, yəni bunların idarə olunması çox spesifik bir sahədir. Ona görə də bu mütəxəssislərin fəaliyyəti və səhhətlərinin qorunması çox önəmlidir”.

T.Abdullayev bildirib ki, "Azərenerji”də yenidənqurma və bərpa işləri əvvəlki qaydada davam etdirilir: "Yarımstansiya təmir olunursa, biz bunun fəaliyyətini tam dayandırıb təmir etmirik. Bu təmir hissə-hissə baş verir. Həmçinin elektrik stansiyalarında. Koronavirus infeksiyası var deyə, biz bunu dayandıra bilmərik. Çünki tələbat var. Tələbat qalxır, düşür, ona görə də bütün bunlar nəzərə alınmalıdır. Üzü yaya getdiyi üçün, yayda da təlabatın artması gözlənilir”. (report)


OXŞAR XƏBƏRLƏR

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...