Azərbaycanlıya Gürcüstanda yüksək vəzifə verildi - FOTO

Azərbaycanlıya Gürcüstanda yüksək vəzifə verildi - FOTO
 Marneulidə taekvondo idman növü üzrə idmançılar hazırlayan azərbaycanlı müəllim Faiq Məmmədov Gürcüstan kikboks və karate federasiyasının prezidenti təyin olunub.

Bununla bağlı Sfera.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

F.Məmmədov bildirib ki, rəsmi şəkildə yaratdığı, hazırda konfederasiyanın tərkibində qeydiyyatda olan Sayokan federasiyasının fəaliyyəti Gürcüstan kikboks və karate konfederasiyasının rəhbərliyi tərəfindən bəyənilir. Bu təklifi şəxsən konfederasiyanın prezidenti Kaxa Beselia irəli sürüb.

Faiq Məmmədov gələcək planlardan danışarkən deyib ki,  yaxın vaxtlarda yerli səviyyədə idman yarışları keçirməyi düşünürlər:

"Öncə Marneuli, Kvemo-Kartli və Gürcüstan üzrə, daha sonra isə beynəlxalq yarışlar təşkil etməyə çalışacağıq. İnanıram ki, təcrübəmizdən yararlanıb uğurlu addımlar atacağıq”, - deyə vurğulayıb.

Qeyd edək ki, 12 yaşından karate, sonra isə taekvando idman növü ilə məşğul olan Faiq Məmmədov 22 illik müəllimlik təcrübəsinə malikdir.  İndiyə qədər hazırladığı idmançılardan onlarla Gürcüstan, dördü dünya, biri Avropa çempionu olub.

"Bizim üzərimizə böyük məsuliyyət düşür. Biz ölkədə Marneulinin, ölkədən kənarda isə Gürcüstanımızın adını doğrulduruq”, - deyə soydaşımız əlavə edib.

OXŞAR XƏBƏRLƏR

Qırğızıstan Prezidentinə Qarabağ atı HƏDİYYƏ EDİLDİ

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.   Sfera.az-ın məlumatına görə, aprelin 25-də Ağdamda...

Avropa rus qazını LNG ilə əvəzləyib

Son 3 ildə Avropa İttifaqı (Aİ) ölkələrinin idxal etdiyi təbii qazda Rusiyanın payı 41 faizdən 10 faizə düşüb, əvəzində mayeləşdirilmiş təbii qazın (LNG) payı 2...

Prezidentlər Ağdamda görülən işlərlə tanış OLDULAR - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən...

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...

Mbappe rekord qırdı - 43-cü qol! 

PSJ-nin hücumçusu Kilian Mbappe bir mövsümdə qol vurmaq üzrə şəxsi rekorda imza atıb.   Sfera.az bildirir ki, Fransa çempionatının 29-cu turunun &ld...

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Birləşmiş Millətlər Təşkilatı və 16 digər humanitar təşkilatın dərc etdiyi hesabata görə, 2023-cü ildə dünyada ərzaq təhlükəsizliyi daha da pisləşib və bu vəziy...