Azərbaycanlıların üstünlük verdiyi 10 avtomobil markası - SİYAHI

Azərbaycanlıların üstünlük verdiyi 10 avtomobil markası - SİYAHI
"2000-ci ildə ölkəyə neft pulları gəlməmişdən qabaq hər 10 avtomobildən 9-u Rusiya istehsalı idi. Artıq 2019-cu ildə isə hər 5 maşından cəmisi 2-si Rusiyanın payına düşürdü. Əvəzində Almaniya bu müddətdə öz payını 2,7%-dən 25,3%-ə qaldırdı”.

Sfera.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev deyib. O bildirib ki, neft pullarının axışından sonra istehsalçı ölkələrlə markalar əhəmiyyətli dərəcədə dəyişib.

Ekspertin sözlərinə görə, əvvəl hər 50 maşından 1-i alman markası idisə, indi hər 4-cü maşın Almaniya istehsalıdır:"Bir sözlə, 20 il ərzində avtomobillərin sayı 4 dəfəyədək artıb”.

"Baku Research İnstitute” mərkəzinin araşdırmasına görə isə 2000 və 2019-cu illərdə azərbaycanlıların ən çox istifadə etdiyi 10 minik avtomobil markaları bunlar olub:
 
2000-ci ildəki ardıcıllıq  belə olub - ”VAZ”, "Moskviç”, "QAZ”, "UAZ”, "Mercedes”, "BMW”, "Daewoo”, "Ford”, "Renault”, "Nissan”.

2019-cu ildə isə azərbaycanlıların ən çox istifadə etdiyi avtomobil markaları belə sıralanıb  - ”VAZ”, "Mercedes”, "Hyundai”, "Toyota”, "Opel”, "QAZ”, "KİA”, "Nissan”, "BMW”, "Volkswagen”.

2000-ci ildə llk onluqda olan istehsalçı ölkələr isə Rusiya, Almaniya, Cənubi Koreya, ABŞ, Fransa, Yaponiya olub. 2019-cu ildə isə Rusiya, Almaniya, Cənubi Koreya və Yaponiya”.

Günay Rəsulqızı
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...