Azərbaycanlıların üstünlük verdiyi 10 avtomobil markası - SİYAHI
13:14 / 09.03.2021
2868
"2000-ci ildə ölkəyə neft pulları gəlməmişdən qabaq
hər 10 avtomobildən 9-u Rusiya istehsalı idi. Artıq 2019-cu ildə isə hər 5
maşından cəmisi 2-si Rusiyanın payına düşürdü. Əvəzində Almaniya bu müddətdə öz
payını 2,7%-dən 25,3%-ə qaldırdı”.
Sfera.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev deyib. O bildirib ki, neft pullarının axışından
sonra istehsalçı ölkələrlə markalar əhəmiyyətli dərəcədə dəyişib.
Ekspertin sözlərinə görə, əvvəl hər 50
maşından 1-i alman markası idisə, indi hər 4-cü maşın Almaniya istehsalıdır:"Bir sözlə, 20 il ərzində avtomobillərin sayı 4 dəfəyədək artıb”.
"Baku Research İnstitute” mərkəzinin
araşdırmasına görə isə 2000 və 2019-cu illərdə azərbaycanlıların ən çox istifadə
etdiyi 10 minik avtomobil markaları bunlar olub:
2000-ci ildəki ardıcıllıq belə olub - ”VAZ”, "Moskviç”, "QAZ”, "UAZ”,
"Mercedes”, "BMW”, "Daewoo”, "Ford”, "Renault”, "Nissan”.
2019-cu ildə isə azərbaycanlıların ən çox
istifadə etdiyi avtomobil markaları belə sıralanıb - ”VAZ”, "Mercedes”, "Hyundai”, "Toyota”,
"Opel”, "QAZ”, "KİA”, "Nissan”, "BMW”, "Volkswagen”.
2000-ci ildə llk onluqda olan istehsalçı ölkələr
isə Rusiya, Almaniya, Cənubi Koreya, ABŞ, Fransa, Yaponiya olub. 2019-cu ildə
isə Rusiya, Almaniya, Cənubi Koreya və Yaponiya”.
Sfera.az