Azərbaycanlılar son beş ildə Türkiyədə neçə ev alıb? - Statistika

Azərbaycanlılar son beş ildə Türkiyədə neçə ev alıb? - Statistika
"Azərbaycanlılar Türkiyədə 2016-da 610, 2017-ci ildə 942, 2018-ci ildə 1250, 2019-cu ildə 1191, 2020-ci ildə isə 1279 mənzil alıb”.

Sfera.az-ın məlumatına görə, bunu iqtisadçı Natiq Cəfərli deyib. Onun sözlərinə görə, Azərbaycan vətəndaşları 2021-ci ilin yanvar ayında 68, fevral ayında 77, mart ayında isə 106 - toplam ilk 3 ayda 251 mənzilə sahiblənib:

"Bu ilin ilk 3 ayında Türkiyədən ən çox mənzili iranlılar alıb - 1599, ikinci yerdə İraq vətəndaşları - 1461, üçüncü yerdə isə rusiyalılardır - 938 mənzil.
 
Pandemiya ilində, 2020-də azərbaycanlılar son 5 ildə ən çox mənzil alıblar – 1279. Səbəbi də aydındır - ölkədə inzibati qaydada sabit manat, Türkiyədə isə dəyişkən, böyük dəyər itirən lirə. Ona görə də bizimkilər orada daşınmaz əmlak almağı seçdilər, bu daha sərfəli oldu”.

Ekspert qeyd edib ki, qonşularımızda milli valyutalar dəyərdən düşdükcə, həm kapital ixracı artacaq, həm də həmin ölkələrdən bizə malların idxalı çoxalacaq:
"Bu isə o deməkdir ki, indi sabit məzənnə rejimi ilə, guya manatı qorumaq siyasəti, orta-uzun vədədə daha böyük fəsadlar törədəcək. Manat sonra daha çox dəyər itirməyə məhkum olacaq”.
 
Günay
 

OXŞAR XƏBƏRLƏR