No Image
No Image

Azərbaycanlılar o torpaqlara qayıdacaq – İlham Əliyev

Azərbaycanlılar o torpaqlara qayıdacaq – İlham Əliyev
Mən tam əminəm ki, Qarabağın bu gün sülhməramlı missiyasının nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıtmalıdırlar, qayıdacaqlar.

Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Noyabrın 10-da imzalanmış Bəyanatda bu, göstərilir. Bəli, bu, bir qədər zaman və birgə səylər tələb edəcək. Amma bu, qaçılmazdır. O cümlədən biz Xocalıya da qayıdacağıq. Bunun başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır ki, süni əngəllər yaratmaq istəsə ancaq özünə zərbə vurmuş olar.

Eyni zamanda, mən dediyiniz məsələni də yaxşı başa düşürəm. Müharibənin yaraları sağalmayıb. Xocalı yaraları heç vaxt sağalmayacaq. Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq, həm qurbanların yaxınları, həm bütün Azərbaycan xalqı. Müharibənin yaralarının sağalması üçün vaxt lazımdır. Biz bunu başa düşürük və burada heç kimi tələsdirmək istəmirik, heç kimi məcbur etmək istəmirik.

Bizim üçün birinci mərhələdə azad edilmiş torpaqlara vətəndaşlarımızın qayıtmasıdır. Bununla paralel olaraq, - artıq bu suallara mən cavab verdim, - uzunmüddətli sülhün təmin edilməsi və müharibə risklərinin sıfra endirilməsi məsələləri dayanır. İndi müharibədən heç dörd ay keçməmiş artıq rəsmi şəxslər – Ermənistan və Azərbaycan rəsmi şəxsləri arasında təmaslar qurulur, görüşlər keçirilir, bəzən açıq formatda, bəzən qeyri-rəsmi formatda. Amma bu proses gedir və bu proses müsbət istiqamətdə gedir. Ona görə burada bütün bu həssaslığı başa düşərək bir daha demək istəyirəm ki, biz istədiyimizə tam nail olmaq üçün müdrik olmalıyıq və bütün addımları vaxtında atmalıyıq. Necə ki, İkinci Qarabağ müharibəsində vaxtında atılmış addımlar səmərəsini vermişdir", - Prezident bildirib.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ağdamın baş planı təqdim olunacaq – İlham Əliyev

May ayının sonuna qədər Ağdam şəhərinin baş planının ilkin versiyası təqdim olunacaq. Sfera.az xəbər verir ki, bunu aprelin 20-də Prezident İlham Əliyev A...

Rusiya “İsgəndər-M”lə bağlı məktubu cavablandırdı - Prezident razılaşmadı

Rusiya Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin Şuşaya atılan "İsgəndər-M” raketi ilə bağlı məktubuna cavab göndərib. Sfera.az xəbər verir ki, bu...

Prezident: Zəngəzur dəhlizinin taleyi də eyni olacaq...

Bu gün Ermənistanda bəzi revanşist qüvvələr baş qaldıranda bilməlidirlər ki, onların başı lazım olarsa, istənilən zaman əziləcəkdir. Sfera.az xəbər verir ...

Prezident Rusiyadan Ermənistana silah qaçaqmalçılığından danışdı

"Rusiya tərəfi ən yüksək səviyyədə və bütün səviyyələrdə, aidiyyəti qurumlar səviyyəsində bu məsələ ilə bağlı Azərbaycan tərəfindən məlumatlandırılmışdır". ...

İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verdi

Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib. Sfera.az müsahibəni təqdim edir. Müxbir: ...

Azərbaycan və Pakistan hərbi əməkdaşlığı müzakirə etdi

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Məhəmməd Amcad Xan Niazi ilə görüşüb. Sfera.az xəbər ve...