Azərbaycanlılar daha çox bu markadan olan avtomobilləri alır – SİYAHI

Azərbaycanlılar daha çox bu markadan olan avtomobilləri alır – SİYAHI
Azərbaycanın təkrar avtomobil bazarında müxtəlif markalı avtonəqliyyat vasitələrinin satışına rast gəlinsə də, satış üstünlüyü cəmi bir neçə markaya məxsusdur.
 
Sfera.az bazar məlumatlarına istinadən bildirir ki, ölkəmizdə 121 markaya məxsus 30 mindən çox avtomobil satışa çıxarılıb. Onlardan yalnız 9 marka üzrə satışa çıxarılan avtomobillərin sayı 1000 ədəddən çoxdur. Daha 17 marka üzrə isə təklif edilən avtomobillərin sayı 100 ədədi ötür.
 
Məlumatların təhlili göstərir ki, alıcılar daha çox "Mercedes” və LADA (VAZ) avtomobillərinə üstünlük verir. Bazarda 6300 ədəddən çox "Mercedes”, 5900 ədəddən çox LADA markalı avtomobil satışa çıxarılıb.
 
Say çoxluğuna görə "Opel” (2270 ədəd), "Hyundai” (2270 ədəd), "Toyota” (2000 ədəd), "Chevrolet” (1710 ədəd), "BMW” (1680 ədəd), "Kia” (1570 ədəd), "Ford” (1280 ədəd) markaları da fərqlənir.  

Sayı 1000 ədədi ötən avtomobil markalarının bazar payı 78 faizdən çoxdur.
 
Adıçəkilən markalardan başqa "Nissan” (800 ədəd), "Volkswagen” (730 ədəd), GAZ (700 ədəd), "Mitsubishi” (580 ədəd), "Land Rover” (460 ədəd), "Renault” (400 ədəd), "Daewoo” (360 ədəd), "Lexus” (310 ədəd) markalı avtomobillərə də maraq böyükdür.
 
Ümumiyyətlə, son illərdə ölkəmizə gömrük xərclərinin az olması səbəbindən daha çox kiçik həcmli mühərrikə sahib avtomobillərin idxalı artdığından təkrar bazarda da bu cür avtomobillərin satışı artmaqdadır. İndi alıcılar əsasən 1,3-1,6 litr mühərrik həcmi olan avtomobillərin alışına üstünlük verirlər.
 
Vasif
 
 
 

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...