Azərbaycanlı zəvvarların ilk qrupu Vətənə dönüb - YENİLƏNİB

Azərbaycanlı zəvvarların ilk qrupu Vətənə dönüb - YENİLƏNİB

17:22

Azərbaycandan bu il həcc ziyarətində olmuş zəvvarların ilk qrupu bu gün Vətənə dönüb. APA-nın məlumatına görə, ilk qrupu gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
 
Bu gün daha bir təyyarə reysinin yerinə yetirilməsi gözlənilir. Digər reyslər isə sabah və növbəti günə nəzərdə tutulur.

--------

11:39

Həcc ziyarətində olan azərbaycanlı zəvvarların ilk qrupu bu gün geri dönür.

Sfera.az APA-ya istinadən xəbər verir ki, zəvvarları gətirəcək ilk təyyarə reysi bu gün günorta saatlarında Mədinədən havaya qalxacaq.
 
Bu gün zəvvarları gətirəcək daha bir təyyarə reysinin yerinə yetirilməsi nəzərdə tutulub. Digər reyslər isə sabah və növbəti günə planlaşdırılır.
 
Qeyd edək ki, bu il sentyabrın 2-dən azərbaycanlı zəvvarların həccə səfəri başlayıb. Bu il ilk dəfə olaraq azərbaycanlı zəvvarlar həccə yalnız biometrik pasportla gediblər. Bu il Azərbaycandan gedən zəvvarlar üçün say limiti ötən ilkindən az - 1500 nəfər müəyyənləşsə də, sonradan bu rəqəm daha da azaldılaraq 1040-a endirilib, daha sonra isə 1050-ə qaldırılıb. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təminat, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. Ötən il Azərbaycandan həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb. Azərbaycanda həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.


OXŞAR XƏBƏRLƏR

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...