Azərbaycanlı yutuber izləyicisini döyüb lentə aldı - VİDEO

Azərbaycanlı yutuber izləyicisini döyüb lentə aldı - VİDEO
Ötən ilin yayında qardaşı ilə birgə onlara verilmiş 190 manatlıq birdəfəlik ödənişə qarpız aldıqdan sonra hamısını qıraraq lentə alan yutuber Ruslan Quliyevin daha bir videosu etiraza səbəb olub.

Sfera.az xəbər verir ki, o, yarım milyondan çox izləyicisi olan yutub kanalında "Məndən nifrət edən izləyicimlə görüşdüm, dava düşdü” başlıqlı video paylaşıb. Həmin videoda "Zevs” kimi tanınan R.Quliyev izləyicisi ilə görüşərək onunla söhbət edib, ondan nəyə görə xoşu gəlmədiyini soruşub. Daha sonra söhbət əsnasında "Zevs” masanın üzərində dəmir qabda olan enerji içkisini izləyicisinin başına çırpıb. Ruslan sonradan videonu öz kanalından silsə də, görüntülər sosial şəbəkələrdə yayılıb və etirazla qarşılanıb. 

Bəzi sosial şəbəkə izləyiciləri "Zevs”in bu addımını özbaşınalıq adlandırıb və Daxili İşlər Nazirliyini hadisə ilə bağlı tədbir görməyə çağırıb. Özbaşınalıq kimi təqdim olunan bu kimi videolara bir sıra şirkətlərin reklam verməsi də ayrıca tənqid olunub. 

Qeyd edək ki, ötən il Ruslan və Coşqun Quliyevlərin pandemiya dövründə dövlət tərəfindən verilən 190 manatlıq birdəfəlik ödənişi aidiyyəti üzrə sərf etmədikləri üçün üzr istəmələri ilə bağlı video da yayılmışdı. Onlar həmin videoda əməllərindən peşman olduqlarını bildirmişdilər.
 
 
 
 

Ruslanın qardaşı ilə ötən il 190 manata aldıqları qarpızları qırmasını əks etdirən video:



OXŞAR XƏBƏRLƏR