Azərbaycanlı vəkil elektron maska icad etdi - FOTO

Azərbaycanlı vəkil elektron maska icad etdi - FOTO
 Vəkil Türkel Süleymanlı koronavirusa qarşı yeni maska icad edib.  

Bu barədə oxu.az-a açıqlama verən vəkil bildirib ki, innovativ yeniliklərlə təchiz olunan maska adi qoruyucular kimi sadəcə virusun keçməsinə sərhəd qoymur, eyni zamanda virusları məhv edir.  

Çünki yeni növ maskalar hazırda mövcud olan respiratorlar kimi kömür deyil, elektrondur.  

Vəkil bildirib ki, maska lazımi vaxt açıla bilər, çünki güc mənbəyi var. Bundan əlavə, geyinməyə ehtiyac olmadığı zaman söndürülə bilər. Təkrar istifadə edilə bilən maska özünü təmizləyir. Cib telefonu kimi şarj etmək olur.  

Vəkil maskanı hazırlayarkən alimlərlə - bakterioloq Əbülfət Alıyev və bu ixtiraya müsbət rəy verən biologiya elmləri doktoru Ramiz Əliyevlə məsləhətləşib.  

Qeyd edək ki, Türkel Süleymanlı martın 13-də maskanın patentini almaq üçün Dövlət Müəllif Hüquqları Agentliyinə müraciət edib.  

"E-MASK adlanan yeni elektron respiratorun daha da təkmilləşdirilməsi ilə təkcə koronavirusla mübarizədə deyil, digər təhlükəli infeksiyalara qarşı da kömək edə biləcəyini düşünürük. Maska əvvəlki oxşarlarından fərqli olaraq tamamilə fərqli prinsiplər üzərində işləyir. Sizin köməyinizlə e-MASK haqqında məlumatı səlahiyyətli orqanlara çatdırmaq istəyirəm. Gələcəkdə Azərbaycan yalnız MDB məkanında deyil, hüdudlarından kənarda da yeni elektron maskaların istehsalını və satışını qura bilər”, - deyə vəkil bildirib.  

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...