Azərbaycanlı sənətçilərdən Türkiyəyə yardım: Hər biri 100 fidan göndərəcək

Azərbaycanlı sənətçilərdən Türkiyəyə yardım: Hər biri 100 fidan göndərəcək
Azərbaycanlı sənətçilər yanğınlardan əziyyət çəkən Türkiyəyə yardım etmək üçün yeni axım başladıb.
 
Sfera.az bildirir ki, hər sənətçi öz adından qardaş ölkəyə 100 fidan göndərəcək.
 
Axıma qoşulan ilk sənətçilərdən biri Xalq artisti Tünzalə Ağayeva olub. O, məhv olan meşələrin yenidən canlandırılması üçün 100 fidan bağışladığını açıqlayıb.
 
"Qardaş Türkiyəmizdə yanğın hadisəsi hər birimizi üzür. Orada meşələr, burada canımız yanır. Yanğını söndürməyə çalışanlara Allah güc versin. Uzaqdan bu yanğına mane olmaq mümkün deyil. Amma yaxşı bir #challenge qoşuluram. Meşələrin yenidən canlanması üçün 100 fidan da mən hədiyyə edirəm. Bu estafeti Zamiq Hüseynov, Abbas Bağırov və Murad Arifə ötürürəm", - deyə müğənni qeyd edib.

İfaçı Zamiq Hüseynov da çağırışa dəstək olub:

"Qardaş Türkiyə çox  ağır günlər yaşayır. Onu kənardan izləmək bizim üçün ağrılıdır. Meşələr yanır, təbiət məhv olur, heyvanlar ölür. Evimiz, canımız yanır. Çalışan bütün qardaşlarımıza Allah kömək olsun. Meşələrin yenidən canlanması üçün 100 fidan da məndən”.

Bəstəkar-müğənni Murad Arif bildirib ki, Türkiyədəki yanğınların közü azərbaycanlıların da ürəyində duyulur:
 
"Şəxsən mən bu yanğını söndürməyə çarəsizəm. Amma Tünzalə Ağayevanın çağırışına qoşularaq öz adımdan 100 körpə ağac şitili göndərmək istəyərdim”.
 
Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...

Fransalı jurnalist Ermənistana buraxılmadı - VİDEO

Fransalı jurnalist Ermənistana buraxılmayıb. O, hava limanında aclıq aksiyası elan edib.   Sfera.az xəbər verir ki, Milli.Az xəbər verir ki, Ermənist...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda "Azərbaycanın xarici siyasət...

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...