Azərbaycanlı sənətçilərdən Türkiyəyə yardım: Hər biri 100 fidan göndərəcək

Azərbaycanlı sənətçilərdən Türkiyəyə yardım: Hər biri 100 fidan göndərəcək
Azərbaycanlı sənətçilər yanğınlardan əziyyət çəkən Türkiyəyə yardım etmək üçün yeni axım başladıb.
 
Sfera.az bildirir ki, hər sənətçi öz adından qardaş ölkəyə 100 fidan göndərəcək.
 
Axıma qoşulan ilk sənətçilərdən biri Xalq artisti Tünzalə Ağayeva olub. O, məhv olan meşələrin yenidən canlandırılması üçün 100 fidan bağışladığını açıqlayıb.
 
"Qardaş Türkiyəmizdə yanğın hadisəsi hər birimizi üzür. Orada meşələr, burada canımız yanır. Yanğını söndürməyə çalışanlara Allah güc versin. Uzaqdan bu yanğına mane olmaq mümkün deyil. Amma yaxşı bir #challenge qoşuluram. Meşələrin yenidən canlanması üçün 100 fidan da mən hədiyyə edirəm. Bu estafeti Zamiq Hüseynov, Abbas Bağırov və Murad Arifə ötürürəm", - deyə müğənni qeyd edib.

İfaçı Zamiq Hüseynov da çağırışa dəstək olub:

"Qardaş Türkiyə çox  ağır günlər yaşayır. Onu kənardan izləmək bizim üçün ağrılıdır. Meşələr yanır, təbiət məhv olur, heyvanlar ölür. Evimiz, canımız yanır. Çalışan bütün qardaşlarımıza Allah kömək olsun. Meşələrin yenidən canlanması üçün 100 fidan da məndən”.

Bəstəkar-müğənni Murad Arif bildirib ki, Türkiyədəki yanğınların közü azərbaycanlıların da ürəyində duyulur:
 
"Şəxsən mən bu yanğını söndürməyə çarəsizəm. Amma Tünzalə Ağayevanın çağırışına qoşularaq öz adımdan 100 körpə ağac şitili göndərmək istəyərdim”.
 
Günay Rəsulqızı
Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Məşhur aktrisa ad günü tortunu üfləyərkən saçlarını yandırdı - FOTO

Amerikalı dizayner və aktrisa Nikol Riçinin doğum günündə başına inanılmaz hadisə gəlib.   Sfera.az bildirir ki, 40 yaşını qeyd edən aktrisa ad günü tort...

Məşhur aktrisa 5 övlad sahibi olmaq istədiyini açıqladı: "Söz vermişik..."

Türkiyəli aktrisa Amine Gülşe son açıqlaması ilə diqqət çəkib.   Sfera.az bildirir ki, "Fənərbağça"nın məşhur futbolçusu Məsut Özillə 2019-cu ildə yollar...

Emmi mükafatının builki qalibləri bəlli oldu - FOTOLAR

73-cü Beynəlxalq Emmi mükafatının qalibləri bəlli olub. Sfera.az bildirir ki, Los-Ancelesdə gerçəkləşən gecəyə ötən il videokonfransla qoşulan ulduzlar bu...

Məşhur "YouTuber" bədəninə çip yerləşdirdi - FOTOLAR

Maraqlı ixtiraları və dəmir insan zirehləri ilə ad qazanan "YouTuber" Tolga Özuygur, bu dəfə dərisinin altına NFC çipi yerləşdirib.   Sfera.az xəbər veri...

İlin ən gözəl qadını seçildi - FOTO

Türkiyəli aktrisa Hande Erçel ilin ən gözəl qadını seçilib.   Sfera.az bildirir ki, bu barədə  məlumat "Glamour Magazine" jurnalında dərc olunub. &...

Beyons həyat yoldaşı ilə dünyanın ən lüks yaxtasında - FOTOLAR

Məşhur müğənni Beyons həyat yoldaşı, repçi Jay-Z və dostları ilə birlikdə istirahətə yollanıb.   Sfera.az bildirir ki, ifaçı ötən gün dünyanın ən varlı i...