Azərbaycanlı sahibkar koronavirusdan öldü

Azərbaycanlı sahibkar koronavirusdan öldü
 Rusiyanın Sverdlovsk vilayətinin Krasnoufimsk şəhər xəstəxanasında 54 yaşlı azərbaycanlı sahibkar koronavirusdan ölüb. O, həmin vilayətdə virusun ilk qurbanıdır.

Sfera.az xəbər verir ki,  Natiq adlı həmin sahibkarın ölümü haqda onun tanışları bildirib. Bildirilir ki, sahibkar pnevmoniya diaqnozu ilə xəstəxanaya daxil olub və orda keçinib. Meyitin yarılması nəticəsində məlum olub ki, o koronavirusa yoluxubmuş.

"Vida mərasimindən sonra onun cənazəsini vətəni Azərbaycana apardılar. Ölənin adı Natiq idi, onu Krasnoufimsk şəhərinin sakinlərinin yarısı tanıyırdı. Vida mərasiminə çox adam gəlmişdi”,-yerli sakinlərdən biri E1.ru portalına bildirib.

Natiqin tanışı deyib ki, Krasnoufimskdə onun dul qalmış arvadı və qardaşı yaşayır. Mənbə cənazənin düən aprelin 17-də Azərbaycana yola salındığını deyib. Lakin diaqnozu elan edəndən sonra ölənin meyitini sərhəddə sanitar zonada saxlamaq istəyirlər.

Sverdlovsk vilayətində koronavirusdan ilk ölüm faktının qeydə alındığı haqda bundan əvvəl qubernator Yevgeni Kuyvaşev açıqlamışdı.

Yerli sakinlər deyiblər ki, Natiqin 54 yaşı olub və o, fərdi sahibkarlıqla məşğul idi, meyvə-tərəvəz alveri edirdi.  Tez-tez Moskvaya, Kazana və Sankt-Peterburqa gedib-gəlirdi. (virtualaz.org)

OXŞAR XƏBƏRLƏR