Azərbaycanlı qazilər Ərdoğanla görüşdü

Azərbaycanlı qazilər Ərdoğanla görüşdü

Azərbaycanın müharibə veteranlarının və hərbiyönümlü QHT təmsilçilərinin Türkiyə Cümhuriyyətinə səfəri davam edir.

 

Səfər Gənclər və İdman Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin təşkilatçılığı ilə Azərbaycan qaziləri Atatürkün İstanbuldan Samsuna gəlişinin 100-cü ildönümü – 19 May gənclik və idman bayramında iştirak etmək üçün təşkil edilib.

 

 

 

Azərbaycan heyətinə Milli Qəhrəman Vahid Quliyev, Aprel döyüşlərinin qaziləri, Əfqanıstan müharibəsi iştirakçılarının təmsilçiləri, hərbiyönümlü jurnalistlər və s. daxildir.

 

Nümayəndə heyəti Türkiyə Prezidenti Administrasiyasının və Samsun Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlə qatılıb. Tədbirdə Azərbaycan nümayəndə heyətinin adından QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin sədri Emin Həsənli çıxış edib. O, qardaş ölkənin xalqını bu böyük tarixi gün münasibətilə təbrik edib, Cümhuriyyətin qüdrətli, əbədi və sarsılmaz dövlət kimi daim var olmasını arzulayıb.

 

Bundan başqa, ölkəmizi təmsil edən nümayəndə heyəti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi iftar mərasimində iştirak edib.

 

Samsun şəhərində keçirilən iftar mərasimindən sonra Azərbaycan təmsilçiləri prezident Ərdoğanla görüşüblər. QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli ölkələrimiz arasında dostluq və qardaşlığın möhkəmlənməsi istiqamətində atdığı addımlara görə prezident Ərdoğana təşəkkürünü bildirib.

 

Sonra Azərbaycan nümayəndə heyəti adından Türkiyə prezidentinə iki qardaş ölkənin prezidentlərinin birgə portreti və digər hədiyyələr təqdim ediblər. 

 

Görüşlə bağlı Lent.az-a açıqlama verən Emin Həsənli deyib ki, Türkiyə prezidenti ilə belə bir önəmli gündə görüşmək gözəl bir fürsət idi: "Atatürkü anma, gənclik və idman bayramı Türkiyə və bütün türk dünyası üçün önəmlıi bir bayramdır. Belə bir gündə türkiyəli qazi qardaşlarımızla bərabər olmaq üçün böyük bir nümayəndə heyətilə Samsuna səfər təşkil etdik. Burada çox yüksək səviyyədə qarşılanma oldu. Şəhərin Cümhuriyyət meydanında keçirilən bayram törənində iştirak etdik. Törəndə çıxış etdim və Azərbaycan cəmiyyətinin, qazilərinin təbrikini çatdırdım. Sonra Prezident Ərdoğanın verdiyi iftar mərasimində onunla görüşdük və ürək sözlərimizi çatdırdıq, təbrik etdik. Bakıdan apardığımız hədiyyələri şəxsən cənab prezidentə təqdim etdik”.


OXŞAR XƏBƏRLƏR

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...