Azərbaycanlı professor Özbəkistanın fəxri diplomuna layiq görüldü - VİDEO

Azərbaycanlı professor Özbəkistanın fəxri diplomuna layiq görüldü  - VİDEO
M.Topçubaşov Elmi Cərrahiyyə Mərkəzinin kolorektal cərrahlıq şöbəsinin rəhbəri, professor Qurbanxan Müslümov Özbəkistanın Namanqan Dövlət Universitetinin fəxri professoru diplomuna layiq görülüb.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə professor özü məlumat verib. O, fikirlərini bu cür ifadə edib:

"Dekabrın 27-dən 29-dək Özbəkistan Səhiyyə Nazirliyi və Namanqan Dövlət Universitetinin dəvəti ilə Özbəkistanın Namanqan vilayətində keçirilən təkmil laparoskopik cərrahiyyə üzrə ustad dərslərinə rəhbərlik etdim. 200-ə yaxın cərrah və tələbələr üçün leksiyalar oxundu, üç gün ərzində zala translyasiya edilməklə və əksəriyyəti Özbəkistanda ilk dəfə olmaqla mürəkkəb laparoskopik cərrahi əməliyyatlar icra edildi, treninqlər təşkil edildi.

Səfər zamanı Namanqan Dövlət Universitetinin tibb fakültəsinin müəllim heyəti və tələbələri üçün leksiya oxundu. Universitetin rektoru və Vilayətin hakiminin iştirakı ilə Namanqan Dövlət Universitetinin ilk fəxri professoru diplomuna layiq görülüb və bunu həkimlərimiz adına və Azərbaycan tibbi adına böyük fəxarət və şərəflə qəbul etdim”.

Professorun sözlərinə görə, səfər çərçivəsində gələcəkdə Namanqan vilayətində çalışan həkimlərin ixtisasartırma və treninq məqsədilə Azərbaycana gəlməsi, azərbaycanlı mütəxəssislərin Özbəkistana gedib ustad dərsləri keçmələri barədə müzakirələr aparıldı:

"Ölkəmizin yaxın xaric ölkələr üçün tibb sahəsində nümunə seçilməsi və öyrənmək üçün özbəkistanlı həmkarlarımızın Azərbaycana gəlməsi hər birimiz üçün fəxr hissi olmaqla yanaşı, həm də ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrini daha da möhkəmlədirəcək”.
 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı professor Özbəkistanın fəxri diplomuna layiq görüldü - VİDEO

M.Topçubaşov Elmi Cərrahiyyə Mərkəzinin kolorektal cərrahlıq şöbəsinin rəhbəri, professor Qurbanxan Müslümov Özbəkistanın Namanqan Dövlət Universitetinin fəxri ...

Repetitorluq qadağan edilə bilərmi? - Nazirdən AÇIQLAMA

Təhsil Naziri Emin Əmrullayev repetitorluq haqda danışıb. Sfera.az  "Diqqət mərkəzi" verilişinə istinadən xəbər verir ki, nazir repetitorluğun yaranm...

12 imamla bağlı klipə görə məktəb rəhbəri cəzalandırıldı

Təhsil naziri Emin Əmrullayev məktəbdə dini klipin çəkilməsi ilə bağlı məsələyə aydınlıq gətirib. Sfera.az xəbər verir ki, nazir bu gün keçirdiyi brifinqd...

Müəllimlərdan pul yığmasını istəyən direktorla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Sosial şəbəkələrdə məktəb direktoruna aid olduğu iddia edilən səs yazısı böyük rezonans doğurub. Müəllimlərin votsap qrupunda yayılan səs yazısında direktorun v...

Təhsil naziri bu müəllimə təşəkkür etdi - VİDEO

Təhsil naziri Emin Əmrullayev "Facebook” səhifəsində videoçarx yayımlayıb. Sfera.az bildirir ki, nazir Lənkəran rayon Diryan kənd tam orta məktəbinin müəl...

Müəllimlərə pul yığmağı tapşıran direktorun SƏS YAZISI YAYILDI - VİDEO

Bakıda orta məktəb direktorlarından birinin səs yazısı yayılıb. Sfera.az "ARB"yə istinadən xəbər verir ki, müəssisənin rəhbəri müəllimlərə toplanmalı olan...