Azərbaycanlı “oğru” titulunu itirdi: Kriminal dünyada qarşıdurma alovlana bilər - FOTO/VİDEO

Azərbaycanlı “oğru” titulunu itirdi: Kriminal dünyada qarşıdurma alovlana bilər - FOTO/VİDEO
"Oğru dünyası”nda yeni qarşıdurmanın əsası qoyulub. Söhbət azərbaycanlı "qanuni oğru” İlqar Əliyevin (İlqar Dimanisi) kriminal aləmin yüksək titulundan məhrum olunmasından gedir. 

Sfera.az  xəbər verir ki, bununla bağlı  8 "qanuni oğru”nun imzası ilə "proqon” yayılıb. Rus dilində yayılan "proqon”u crimimal.az saytı tərcümə edib.

Ramiz Kutaissiki, Aslan Batumski, Teymuraz Tsiko, Maxaz Kurşi, Quram Kuvejoviç, Georgi Quşaşo, Koba Sisina, Teymuraz Tekonun imzaladığı "proqon”da deyilir ki, İlqar Əliyev "oğru” deyil. 

"Əgər kimsə onunla əlaqə qurub oğru kimi tanıyacaqsa, həmin şəxsin problemləri olacaq", - İlqar Əliyevi tituldan məhrum edən "oğru”lar bəyan edib. 

İlqar Əliyev 1977-ci il yanvarın 8-də Gürcüstanın Dmanisi rayonunda anadan olub. 2012-ci il martın 16-da Yunanıstanda baş tutan "sxodka"da gürcü avtoritetləri tərəfindən "oğru” titulunu alıb. 2014-cü ildə mərhum "oğru” Ded Xasanın rezidensiyası hesab edilən "Starıy Fayton” restoranında Edik Asatryanın təşkil etdiyi "sxodka”da həbs olunub. Həmin vaxt "sxodka”da iştirak edən 3 "oğru”nun üzərindən narkotik maddə çıxıb. İlqar Əliyev aprelin 2-də Moskvanın Presnenski rayon məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. 2018-ci ilin aprelində isə azadlığa çıxıb. İlqar Əliyev həbsdən buraxıldıqdan sonra Rusiyadan ömürlük deportasiya edilib. Bundan sonra Türkiyəyə üz tutub. 

Dimanisskinin "oğru” titilundan məhrum edilməsi kriminal aləmdəki qarşıdurmalarla əlaqələndirilir. Onun tituldan məhrum edən "oğru”lar əsas etibari ilə hazırda Rusiya həbsxanasında cəza çəkən Zaxari Kalaşova (Şakro Molodoy) yaxın şəxslərdir. "Şakro Molodoy" isə Türkiyədə möhkəmlənən Canqveladze-Oninani klanı ilə münqaişədədir. Ehtimal olunur ki, İlqar Dimansskinin tacdan məhrum edilməsi münaqişənin daha da alovlanmasına səbəb ola bilər.
 

(qaynarinfo)

OXŞAR XƏBƏRLƏR

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...