Azərbaycanlı narkotacir saxlanıldı
13:49 / 08.10.2019
1754
Rusiyanın Vladivostok vilayətinin Pervoreçen rayon məhkəməsi Azərbaycan Respublikasının vətəndaşı üçün qaldırılmış cinayət işinə baxıb.
O, külli miqdarda narkotik vasitələrin satışında ittiham edilib. Məlum olub ki, kişi qeyri-qanuni yolla varlanmaq istəsə də, istəyini həyata keçirə bilməyib.
Əməliyyat keçirən polis satış zamanı narkotacirin yanına sıravi adam kimi gedib və azərbaycanlı 30 min rublu (786 manat - red.) alan anda polis əməkdaşları onu yaxalayıb.
Bildirilir ki, onu 6 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. (virtualaz.org)