Azərbaycanlı müğənni xanımı ilə ayrılıb, başqasıyla evlənir

Azərbaycanlı müğənni xanımı ilə ayrılıb, başqasıyla evlənir

Müğənni Yaşar Yusub həyat yoldaşı ilə yollarını ayırıb.

Sfera.az xəbər verir ki, axşam.az-ın əldə etdiyi məlumata görə, sənətçi 7 ildir ailəli olduğu xanımla boşanıb.

Həmçinin bildirilir ki, müğənni yaxın günlərdə yenidən ailə qurmağa hazırlaşır. Onun evlənmək istədiyi qadın Türkiyədə həkim kimi fəaliyyət göstərir.

Y.Yusub axşam.az-a açıqlamasında məsələ ilə bağlı sualları cavablandırıb:

"Son zamanlar bu söhbəti çox eşidirəm. İstəyirəm buna son qoyum. Şəxsi həyatımla bağlı heç vaxt danışmamışam, danışmayacam da. Mənim toyum da qapalı keçmişdi. Övladımın üzünü neçə il sonra göstərdim. Bu məsələ haqda da bir söz deməyəcəm. Həyatımda hər şey əladır, xoşbəxtəm və övladımı böyüdürəm. Mənə görə narahat olan hər kəsə minnətdaram". 

 

Qeyd edək ki, Yaşarın evliliyindən bir oğul övladı var.


OXŞAR XƏBƏRLƏR