Azərbaycanlı məşqçi Türkiyə klubunda
23:21 / 23.09.2021
3450
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin köməkçi məşqçisi Emin Əbilov karyerasını Türkiyədə davam etdirəcək.
Sfera.az Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, o, 2021/2022-ci il mövsümündə Sultanlar Liqasında mübarizə aparacaq "Sarıyer Bələdiyyəspor" klubu ilə birillik müqavilə imzalayıb.
E.Əbilov sözügedən komandada da analoji vəzifəni tutacaq.